“Köçəryan və Sarkisyan Qarabağdakı qənimətlərini xilas etməyə çalışırlar” – Erməni bloqer 

“Köçəryan və Sarkisyan Qarabağdakı qənimətlərini xilas etməyə çalışırlar” – Erməni bloqer 

Hazırda oxunan: “Köçəryan və Sarkisyan Qarabağdakı qənimətlərini xilas etməyə çalışırlar” – Erməni bloqer 

156597

“Köçəryan və Sarkisyan İrəvan küçələrində Qarabağdakı qənimətlərini xilas etməyə çalışırlar”: 

Bizim.Media erməni mətbuatına istinadla xəbər verir ki, bu sözləri erməni bloqer Natali Aleksanyan deyib. 

“Qarabağ onlara lazım deyildi. Onlar Qarabağdandırlar, amma Qarabağı və onun xalqını heç vaxt veclərinə almadılar və bu gün də almırlar. Onlara Qarabağ yalnız bir şey üçün lazım idi - Ermənistan xalqını öz iradələrinə tabe etmək, Ermənistanın aktivlərini rusların ixtiyarına vermək, erməniləri aşağılamaq və soymaq üçün”, – bloqer qeyd edib. 

Aleksanyan bildirib ki, əgər Robert Köçəryanın, Serj Sarkisyanın, Qarabağın “prezidentləri”nin və onların ailələrinin aktivlərini birləşdirsəniz, Ermənistan Respublikası üçün ən azı üç aktiv ordu yaradıla bilər: 
“Bunu ona görə yazıram ki, İrəvan küçələrində “Artsax” deyə qışqıranların sponsorlarının Qarabağı müdafiə etmək üçün hansı imkanları olduğunu anlayaq. 

Bu gün onlar yenə də İrəvan küçələrini çarəsiz insanlarla doldururlar, onların “mələkləri” isə sosial şəbəkələrdə Qarabağı “xilas edirlər”.

Bəs, onların xalqa təqdim etdiyi plan varmı? Yox! Çünki Ermənistan xalqı da, Qarabağ erməniləri kimi onlarla ancaq soyğunçuluq üçün lazımdır. Bu gün onlar İrəvan küçələrində Qarabağdakı soydaşlarımızı əsas gətirərək öz qənimətlərini xilas etməyə çalışırlar”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO