İrəvanda iki gündür davam edən etirazlar bu dəqiqələrdə daha da şiddətli hal alıb.
Bizim.Media xəbər verir ki, xüsusi təyinatlılar hökumət binası yaxınlığında Respublika meydanında etiraz aksiyası keçirənləri həbs edir.
Bildirilir ki, son dəqiqələrdə polisin əmrinə tabe olmayan 6 nəfər saxlanılıb.
Polislə etirazçılar arasında qarşıdurma davam edir.
Qeyd edək ki, aksiya iştirakçıları hökumətin istefasını tələb edirlər.
Bizim.Media