Azərbaycan ordusunun erməni təxribatlarına son qoymaq üçün Qarabağda həyata keçirdiyi uğurlu lokal antiterror tədbirləri nəticəsində nəhayət terrorçu rejim Bakının tələblərilə razılaşmağa məcbur oldu.
Onun nəticəsi olaraq bu gün Yevlaxda Bakı və Xankəndidən olan nümayəndələr arasında reinteqrasiya ilə bağlı görüş keçirilir. Aydın şəkildə görünür ki, Azərbaycan həyata keçirdiyi son addımları ilə bölgədə növbəti yeni proses yaradıb.
Bunun nəticəsi olaraq, Azərbaycanın mövqeyi birmənalı şəkildə daha da güclənəcək. Xüsusən də İrəvanla aparılan sülh danışıqları məsələsində. Görəsən, Azərbaycanın Qarabağda həyata keçirdiyi prosesin sülh danışıqlarına nə kimi təsiri olacaq?
Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Azərbaycan sülh prosesinin ən qısa zamanda və rahat formada həyata keçirilməsi üçün əlindən gələn bütün imkanları sərgiləməyə hazırdır:
“Azərbaycan hər zaman vurğulayıb ki, Cənubi Qafqaz regionunda sülh və sabitliyin əldə edilməsi çox vacibdir. Bütövlükdə Azərbaycan Ermənistanla müharibəni hər zaman əsas variant kimi nəzərdən keçirməmişik. Hətta 30 illik işğal və ondan sonrakı dövründə də Bakı Ermənistana sülhlə bağlı çağırışlar edib və addımlar atıb.
Təəssüf ki, Nikol Paşinyan xarici faktorların əlində oyuncaq olduğuna görə, Azərbaycanın sülhlə bağlı səmimi çağırışlarını həmişə mənasız formada sabotaj edib. Azərbaycan Prezidentinin açıqlaması isə ölkəmizin Ermənistanla sülhə sadiqliyini bir daha nümayiş etdirmiş olur.
Azərbaycan yalnız sözdə deyil, əməldə də Ermənsitanla sülhdə maraqlıdır və bu prosesin ən qısa zamanda və rahat formada həyata keçirilməsi üçün əlindən gələn bütün imkanları sərgiləməyə hazırdır. Hesab edirəm ki, Cənubi Qafqazda gərginliyin aradan qaldırılması üçün Azərbaycanla Ermənistan arasında mütləq şəkildə sülh müqaviləsi imzalanmalıdır”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Region
15:40 / 21.09.2023
Qarabağdakı separatçılığın SONU – Ermənistanla sülh danışıqlarında NƏ DƏYİŞƏCƏK?
Hazırda oxunan: Qarabağdakı separatçılığın SONU – Ermənistanla sülh danışıqlarında NƏ DƏYİŞƏCƏK?
Hazırda oxunan: Qarabağdakı separatçılığın SONU – Ermənistanla sülh danışıqlarında NƏ DƏYİŞƏCƏK?
156337
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.