Paşinyan müharibədən sonra niyə Qarabağa getməyib? – Yeni deputat səbəbini açıqladı

Paşinyan müharibədən sonra niyə Qarabağa getməyib? – Yeni deputat səbəbini açıqladı

Hazırda oxunan: Paşinyan müharibədən sonra niyə Qarabağa getməyib? – Yeni deputat səbəbini açıqladı

15631

Ermənistanın baş naziri Nikol Paşinyanın müharibədən sonra Qarabağa bir dəfə də olsun getməməsində heç bir problem görmürəm. 

Bizim.Media xəbər verir ki, bunu “Mənim addımım” fraksiyasının yeni deputatı Emma Palyan martın 23-də parlamentdə jurnalistlərə verdiyi müsahibəsində söyləyib.

"Mən burada qəribə bir şey görmürəm", - deyə o, qeyd edib. 

 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Baş Qərargah qalmaqalına son qoydu – “Artak Davtyan qanunla rəis sayılır”


Deputat Paşinyanın Qarabağa səfər etməməsinin səbəbləri barədə sualı cavablandırmaqda çətinlik çəkib.

Emma Palyan əlavə edib ki, hazırda digər ünsiyyət vasitələri var, məsələn telefon. Müharibənin nəticəsi ilə bağlı günahkarlıq hissinə gəlincə, deputat siyasi komandası qədər özünü günahkar hiss etdiyini deyib.

“Bəli, səhvlər var idi, amma yaxınlaşan seçkilər hər şeyi öz yerinə qoyacaq.  “Mənim addımım” partiyasının qələbəsinə əminəm. 2016-cı ildə “Mülki müqavilə” partiyasının üzvü oldum. O an anladım ki, nə olursa olsun, komandanı tərk etməyəcəyəm.

Komandanı çətin anda tərk edənlər səhv addım atdılar. Müharibədən sonra gedənlər də mandatlarını yerə qoymadılar. Hələ partiyanı tərk etmək qərarına gəlməmişəm”, - deyə Palyan bildirib.

Xatırladaq ki, hakim “Mənim addımım” blokunun parlament fraksiyasında Vaaqn Tevosyanı Emma Palyan əvəzləyib.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO