Zaxarova:

Zaxarova: "İrəvan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməli idi" 

Hazırda oxunan: Zaxarova: "İrəvan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməli idi" 

156218

Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinə məxsus avtomobilin atəşə tutulması nəticəsində rusiyalı hərbçilərin ölümünü şərh edib. 

Bizim.Media xəbər verir ki, Zaxarova bu barədə “Telegram” kanalında yazıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Putinə zəng edərək, Qarabağdakı vəziyyəti DANIŞDI 


“Daim sülh üçün vuruşan və ölən həbçilərimin ailələrinə başsağlığı veririk. Vicdansızların sülhməramlıların fəaliyyətlərini şübhə altına alma cəhdləri və bu nankorluq onların şücaətlərinə kölgə salmayacaq, əksinə böhtançıların üzərinə əbədi rüsvayçılıq ləkəsi düşəcək”. 

Zaxarova bildirib ki, İrəvan imzaladığı Üçtərəfli Bəyanatları həyata keçirməyi deyil, “xoşbəxtliyi” NATO və Aİ-də axtarmağı tərcih edib. 

“Məhz Brüsselin və baş məsləhətçi - Parisin vasitəçiliyi ilə 2022-ci il oktyabrın 6-da Praqada keçirilən sammitdə Azərbaycan, Ermənistan, Fransa və Aİ liderlərinin dördtərəfli görüşünün yekunlarına dair Bəyanat qəbul edilib. Burada deyilir ki, Azərbaycan və Ermənistan BMT Nizamnaməsinə, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyirlər. Yəni, Qarabağ Azərbaycanın tərkib hissəsidir”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO