Ermənistan parlamenti Roma Statutu ilə bağlı ilk ADDIMI ATDI

Ermənistan parlamenti Roma Statutu ilə bağlı ilk ADDIMI ATDI

Hazırda oxunan: Ermənistan parlamenti Roma Statutu ilə bağlı ilk ADDIMI ATDI

156121

Ermənistan hökumətinin Parlamentə göndərdiyi Roma Statutu ölkənin qanunverici orqanının departamentləri tərəfindən ekspertizadan keçib.

Bizim.Media xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Mənbə qeyd edir ki, nəticədə hüquqi ekspertiza baxımından mübahisəli normalar müəyyən edilməyib, lakin deyilib ki, layihəyə beynəlxalq müqavilənin ratifikasiyasının məqsədəuyğunluğu haqqında sertifikat əlavə olunmayıb.
Ekspertiza vurğulayıb ki, sənəddə Ermənistan qanunvericiliyində fərqli şəkildə ifadə olunan bir sıra termin və anlayışlar var.

Xatırladaq ki, Roma Statutu qəbul olunarsa, Rusiya prezidenti Vladimir Putin bu ölkəyə gələcəyi təqdirdə tutularaq Beynəlxalq Cinayət Məhkəməsinə verilməlidir. 

Yeri gəlmişkən, bu ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə order verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO