İran XİN: Qarabağı Azərbaycanın bir hissəsi hesab edirik

İran XİN: Qarabağı Azərbaycanın bir hissəsi hesab edirik

Hazırda oxunan: İran XİN: Qarabağı Azərbaycanın bir hissəsi hesab edirik

156049

“İran İslam Respublikası Qarabağı Azərbaycan Respublikasının bir hissəsi kimi tanıyır və hesab edir ki, bu bölgənin məsələləri, o cümlədən əhalinin hüquq və təhlükəsizliyi bu çərçivədə həll edilməlidir”. 

Bizim.Media xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani Tehranda keçirdiyi brifinqdə deyib.  

O bildirib ki, İran regionda baş verən hadisələri diqqətlə izləyir və tərəfləri sülhə dəvət edir. 

Rəsmi nümayəndə İranın sülh yaratmaq üçün vasitəçilik etməyə hazır olduğunu bildirib və nəzərə çatdırıb ki, region dövlətlərinin mübahisəli məsələlərini 3+3 formatında, danışıqlar yolu ilə həll olunmasına tərəfdardır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO