Xankəndini tərk etmək 4 min dollara başa gəlir - Erməni bloger

Xankəndini tərk etmək 4 min dollara başa gəlir - Erməni bloger

Hazırda oxunan: Xankəndini tərk etmək 4 min dollara başa gəlir - Erməni bloger

155699

Xankəndidəki qanunsuz xunta nümayəndələri Qarabağ ermənilərinin Ermənistana getməsinə mane olurlar. 

Bizim.Media xəbər verir ki, bu fikirləri erməni bloger Natali Aleksanyan Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistana getmək üçün adambaşına 4 min dollar tələb olunur.

“Qarabağda qanunsuzluq hökm sürür və insanlardan pul yığmaq vüsət alır. Dünən öyrəndim ki, Qarabağ rejimi Rusiya sülhməramlıları ilə birlikdə insanların Ermənistana təxliyəsi üçün 4 min dollar pul tələb edir. Bu məlumatı dəqiqləşdirmək üçün Qarabağdakı dostlarımla əlaqə saxladım, onlar da məlumatı təsdiqlədilər.

Bundan əvvəl bizə deyirdilər ki, insanların çıxışına mane olan Azərbaycandır. İndi məlum oldu ki, çıxışı sülhməramlılarla birlikdə bağlayan Qarabağ separatçılarıdır. Çıxılmaz vəziyyətə düşən insanlardan çıxmaq üçün külli miqdarda pul qoparırlar. Bu ağır günlərdə də cinayətkarlar milyonlar qazanmaq fürsətini əldən vermirlər. Mən bu qeyri-qanuni vəziyyətdən getdikcə daha çox məyus oluram”, deyə bloger qeyd edib.
Xatırladaq ki, daha əvvəl jurnalist Tereza Asatryan yazmışdı ki, bir nəfərin Qarabağdan İrəvana helikopterlə daşınması 1,5 milyon drama (3,9 min ABŞ dolları - red.) başa gəlir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO