Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, İrəvan Ağsaqqallar Şurasına (parlament) seçkilərdə 37 seçki məntəqəsi üzrə səslərin hesablanmasına yekun vurulub. Nəticələrə əsasən, sonra Ermənıstanın baş nazir Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası seçicilərin 34,67 faizinin səsini toplayıb.
Bizim.Media xəbər verir ki, ikinci yerdə indiyədək 18,19 faiz səs toplayan sabiq İrəvan meri Hayk Marutyanın “Milli tərəqqi” partiyası, üçüncü yerdə isə 14,02 faiz səslə “Ana Ermənistan” bloku qərarlaşıb.
İrəvan meriyasına seçkilərdə rekord həddə aşağı iştirak (28,46 faiz) qeydə alınıb, yəni 824 min 250 seçicidən yalnız 234 min 553-ü səsvermədə iştirak edib. Seçkilərin nəticələrinə əsasən həm də şəhərin meri seçiləcək. Onu seçkilərdə 50 faizdən çox səs toplayan partiya və ya siyasi blok seçəcək.
Bizim.Media
- A-
- A
- A+
Region
08:31 / 18.09.2023
İrəvan seçkilərində Paşinyanın partiyası liderlik edir
Hazırda oxunan: İrəvan seçkilərində Paşinyanın partiyası liderlik edir
Hazırda oxunan: İrəvan seçkilərində Paşinyanın partiyası liderlik edir
155676
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.