Rəsmi İrəvan Rusiya Prezidenti Vladimir Putinin həbsinə hazırlıq görür. Bunun üçün hələlik hüquqi prodsedur hazırlanır.
Beləki, yaxın günlərdə Ermənistan Milli Assambleyasında Roma Statutu ratifikasiya olunacağı gözlənilir.
Bu barədə danışan Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün deyib ki, bunun Ermənistan-Rusiya münasibətləri ilə heç bir əlaqəsi yoxdur, bu yalnız Ermənistanın təhlükəsizlik problemi ilə bağlıdır.
Paşinyan ikibaşlı açıqlamasından aydın görünür ki, rəsmi İrəvan Kremlə qarşı üsyan edir. Və bu üsyan o qədər alovlanıb ki, o Rusiyanı Putinin həbsi ilə hədələyir. Qəribədir ki, Paşinyan Putinin həbsinə imkan verəcək sənədin qəbulunu Ermənistanın təhlükəsizlik problemi səviyyəsinə qaldırıb.
Bəs, Paşinyanın Putindən bu qədər incik düşməsinin səbəbi nədir?
Paşinyanın kifayət qədər cəsarətli çıxışı göstərir ki, o Kremldən bərk incik düşüb. Bunun da tək səbəbi onun hakimiyyətinin rəsmi Moskva tərəfindən qəbullanmamasıdır. Bildiyimiz kimi 2018-ci ilin mayında Paşinyan Ermənistanda siyasi hakimiyyətə gəlib.
Lakin, ötən 5 ildə o Kremllə münasibətlərini heç cür səhmana sala bilməyib. Çünki, Paşinyan Rusiyanın kadrı deyil. Bildiyimiz kimi Paşinyanın sələfləri bir qayda olaraq rəsmi Moskva tərəfindən təyin edilib. Həm Köçəryan, həm də Sarkisyan bütün zamanlarda Kremldən aldıqları təlimatarla hərəkət ediblər.
Amma Paşinyan öz hakimiyyəti dönəmində bu ənənəni pozdu. O daha çox Qərblə əməkdaşlıq etmək istədi. Lakin erməni baş nazir bir şeyi unutdu ki, Ermənistan siyasi yox, həm də iqtisadi və hərbi baxımdan Rusiyadan asılıdır.
Hazırda Ermənistanın sərhədlərini ruslar qoruyur. Ermənistan iqtisadiyyatı tamailə Rusiyadan asılıdır. Ticarət dövriyyəsində Rusiyanın payı 50 faizdən çoxdur. Üstəlik, Ermənistan ordusu demək olar ki, 95 faiz Rusiya hərbi texnikası ilə təchiz edilib. Kadr heyəti də əsasən rus təhsillidir.
Butun bu səbəblər rəsmi Moskvaya Ermənistanın siyasi hakimiyyəti ilə istədiyi kimi davranmaq imkanı verir. Paşinyan heç zaman Kremlin adamı ola bilməyəcəyini anlayıb... Son 5 ildə Paşinyan çox çalışdı ki, Rusiyanın Ermənistana təsir imkanlarını minimum endirsin. Lakin, buna nail ola bilmədi.
Əksinə Rusiyameyilli revanşistlər və ordu zaman-zaman Paşinyanın planlarını pozdu. 2021-ci ilin iyun seçkiləri ərəfəsində Paşinyan Kremllə razılaşmışdı ki, revanşistlər siyasi meydandan çəkilsin, ordu tamamilə baş nazirin tabeçiliyində olsun. İlkin mərhələdə Rusiya vədinə əməl etdi. Lakin sonradan həm revanşistlər, həm də Rusiya meyilli generalitet tez-tez Paşinyan əleyhinə təxribatlara əl atdılar.
Nəticədə, Paşinyan heç zaman Kremlin adamı ola bilməyəcəyini anladı. Və yenidən Qərbə meyilləndi. Çünki, hazırda Paşinyanın bütün addımları Rusiya meyilli ermənilər tərəfindən bir qayda olaraq pozulur. Bu isə Paşinyanın siyasi dayaqlarını zəiflədir.
Təsadüfi deyil ki, aparılan sorğular görə, Paşinyanın reytinqi son 5 ildə ən aşağı səviyyəyə düşüb. Bunu görən Paşinyan siyasi manevr etmək istəyir. Çalışır ki, hər vasitə ilə siyasi hakimiyyətini qorusun.Buna görə də son vaxtlar o Rusiyaya qarşı ritorikalarını artırıb.
Paşinyan “Vbank” gedir. Erməni baş nazir bilir ki, bu gedişlə yaxın zamanlarda revanşistlər onun siyasi hakimiyyətinin sonunu gətirəcək. Ona görə də Paşinyan bu cür bəyanatları ilə rəsmi Moskvadan növbəti müddətə möhlət almaq istəyir.
İkinci bir tərəfdən öz kreslosunu qorumaq üçün Qərbdən imdad diləyir. Amma bir məsələ var ki, Qərb nə qədər çalışsa da Ermənistan Rusiyanın nüfuz dairəsindədir. Və rəsmi Moskvanın razılığı olmasa Ermənistanda köklü heç bir dəyişiklik ola bilməz.
Ona görə də Paşinyanın vəziyyəti “rusca”dır. Yaxın vaxtlarda Paşinyan Moskva ilə dil tapmasa, onda ən geci noyabr ayında baş nazir kreslosunu itirmək zorunda qalacaq. Ən pisi də odur ki, Paşinyanın gedişi vətəndaş müharibəsi ilə müşahidə olunacaq.
Suray Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Region
09:00 / 15.09.2023
Paşinyan son “kozır”ını OYNADI – Nikolu Kremlin, yoxsa dar ağacının KÖLGƏSİ GÖZLƏYİR?
Hazırda oxunan: Paşinyan son “kozır”ını OYNADI – Nikolu Kremlin, yoxsa dar ağacının KÖLGƏSİ GÖZLƏYİR?
Hazırda oxunan: Paşinyan son “kozır”ını OYNADI – Nikolu Kremlin, yoxsa dar ağacının KÖLGƏSİ GÖZLƏYİR?
155200
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.