"İrəvan Bakıya sülh sazişinin mətni ilə bağlı öz şərhlərini göndərəcək" - Paşinyan 

Hazırda oxunan: "İrəvan Bakıya sülh sazişinin mətni ilə bağlı öz şərhlərini göndərəcək" - Paşinyan 

155133

"İrəvan bir zamanda Bakıya sülh sazişinin mətni ilə bağlı öz şərhlərini göndərəcək".

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 14-də hökumətin iclasında səsləndirib.

“Regionumuzda sülhün alternativi yoxdur, bu, ölkəmizin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini təmin edən yeganə həll yoludur, təbii inkişaf və tərəqqi üçün zəruri və əsas şərtdir”, - Ermənistanın baş naziri vurğulayıb.

Ötən gün Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə demişdi ki, Bakı Ermənistanın “Sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında” saziş layihəsinə verdiyi son şərhlərə cavabı İrəvana göndərib. O, qeyd edib ki, Ermənistan tərəfinin İrəvanın hələ də Bakıdan cavab almaması ilə bağlı yaydığı məlumat həqiqətə uyğun deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO