Paşinyan:

Paşinyan: "Roma Statutu ratifikasiya olunacaq" 

Hazırda oxunan: Paşinyan: "Roma Statutu ratifikasiya olunacaq" 

155039

“Ermənistan-Rusiya münasibətləri kontekstində mən rusiyalı həmkarlarımın bəyanatlarını rəhbər tuturam. Bunun Ermənistan-Rusiya münasibətləri ilə heç bir əlaqəsi yoxdur, bu yalnız Ermənistanın təhlükəsizlik problemi ilə bağlıdır”. 

Bizim.Media Ermənistan KİV-ə xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. 

O, qeyd edib ki, bütün bəyanatları diqqətlə dinləməyə borclu deyil, amma Rusiya rəhbərliyinin sözlərini diqqətlə izləyir:

"Beləliklə, Rusiya prezidenti Vladimir Putin dedi ki, Rusiya Federasiyasının Ermənistanla və şəxsən mənimlə heç bir problemi yoxdur". 

O, hökumətin Roma Statutunu parlamentə göndərdiyini və müzakirələrdən sonra ratifikasiya olunacağını bildirib:

“Bunun Ermənistan-Rusiya münasibətləri ilə heç bir əlaqəsi yoxdur, hər şey Ermənistanın təhlükəsizlik problemi ilə bağlıdır”. 

Qeyd edək ki, daha əvvəl sənədin ratifikasiya olunacağı təqdirdə Rusiya rəhbərliyinin Ermənistana daxil olarkən həbs ediləcəyi ilə bağlı məlumatlar yayılıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO