Ermənistanın Roma statutunu ratifikasiyaya verməsi Rusiyada suallar doğurur - Zaxarova

Ermənistanın Roma statutunu ratifikasiyaya verməsi Rusiyada suallar doğurur - Zaxarova

Hazırda oxunan: Ermənistanın Roma statutunu ratifikasiyaya verməsi Rusiyada suallar doğurur - Zaxarova

154982

Ermənistanın Roma statutunu parlamentin ratifikasiyasına verməsi Rusiya tərəfində suallar doğurur.

Bizim.Media xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bu barədə suala cavablandırıb. 

Onun sözlərinə görə, bu günlərdə Ermənistan səfiri Rusiya XİN-ə çağırılarkən, ona digər məsələlərlə yanaşı, Roma statutunun ratifikasiyasına dair rəsmi Moskvanın etirazı da çatdırılıb.

“Bu, nə üçün edilir? Biz bu addımları qeyri-dost addımlar kimi dəyərləndiririk və bu barədə dəfələrlə erməni həmkarlarımıza, tərəfdaşlarımıza, dostlarımıza ikitərəfli kanallar vasitəsilə məlumat vermişik”, - deyə M.Zaxarova vurğulayıb.
O, əlavə edib ki, Ermənistan tərəfi Rusiyada suallar doğuran bir neçə addım atdıqdan sonra məsələ açıq müstəviyə çıxarılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO