Paşinyan Ermənistanı növbəti hərbi faciəyə aparacaq - Rusiyalı hərbi ekspertlər 

Paşinyan Ermənistanı növbəti hərbi faciəyə aparacaq - Rusiyalı hərbi ekspertlər 

Hazırda oxunan: Paşinyan Ermənistanı növbəti hərbi faciəyə aparacaq - Rusiyalı hərbi ekspertlər 

154850

"Ermənistan ABŞ-la birgə “Qartal tərəfdaşı 2023” hərbi təliminə ev sahibliyi edir. Bu da Rusiyada kəskin narazılıq yaradır və son bir həftə ərzində Moskva bir neçə dəfə narahatlığını ifadə edib. Qeyd etmək lazımdır ki, İrəvanın KTMT təlimlərində iştirakdan qəti şəkildə imtina etməsi fonunda Moskvanın bu hadisəyə qıcıqlanması başadüşüləndir. Ermənistan onun Cənubi Qafqazdakı ən yaxın müttəfiqi olub. Rusiya Federasiyası rəsmi İrəvanı özünün forpostu hesab edib. İndi isə Ermənistan açıq şəkildə amerikalıları bölgəyə gətirir, strateji məqsədlərini həyata keçirir". 

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı fikirləri rusiyalı hərbi ekspertlər caliber.az-la bölüşüblər.

Aleksey Xlopotovun fikrincə, erməni-amerikan təlimləri İrəvanın Moskvaya qarşı şantajı, onun müstəqilliyini və iki stulda oturmaq qabiliyyətini nümayiş etdirmək cəhdi kimi qiymətləndirilməlidir.


“Yəni İrəvan həm Moskva, həm də Vaşinqtonla dost olduğunu göstərməyə çalışır. Bu, hara aparır? Prinsipcə, heç bir yerə. Fakt budur ki, Moskva indi Ermənistanla məhz paralel idxal hesabına əməkdaşlığa çox maraqlıdır. Bildiyiniz kimi, indi bu ölkədən nəql olunan malların həcmi sadəcə olaraq xeyli artıb və Ermənistanın büdcəsində mühüm paya malikdir.

Ona görə Rusiya da bu yoldan əl çəkə bilməz. Ona görə bu və ya digər şəkildə Moskva və İrəvan hansısa yolla əməkdaşlıq edəcək və bir-birinə dözəcək. Aydındır ki, İrəvan tərəfindən indiki addım açıq-aşkar şantajdır və bu, yaxşı nəticələnməyəcək. Bütün bu dolaşıq vəziyyət Moskvanın Ukraynada bataqlıqdan çıxanadək davam edəcək.

Ukrayna məsələsi həll olunan kimi Moskva Ermənistanla ciddi məşğul olacaq. Ancaq o vaxta qədər Bakı İrəvanda öz bayrağını qaldıra bilər", - deyə o, qeyd edib.

Vladislav Şurıqinin fikri isə fərqlidir. O, əmindir ki, erməni-amerikan manevrlərinin heç bir mənası yoxdur.


“Mən erməni-amerikan təlimlərinin əhəmiyyətini şişirtməzdim, çünki onlar başqa heç nəyi ifadə etmir. Sadəcə olaraq, bu təlimləri Ermənistanın ABŞ-a bir növ xüsusi dönüşü kimi dəyərləndirməyə çalışırlar. Yalnız bundan sonra sual yaranır: Ermənistan necə ABŞ-a üz tuta və NATO-dan dəstək ala bilər ki, onun ABŞ və ya Fransa ilə bir kvadrat metr sərhədi yoxdur.

Yeganə yol Gürcüstan ərazisindən keçir, lakin bu ölkənin regiondakı münaqişəyə qarışmaq ehtimalı azdır. Ona görə də ermənilərin şizofreniya siyasəti heç bir məna kəsb etmir.

Ermənistanın KTMT təlimlərində iştirakdan imtina etməsi həm də Rusiya üçün indiki İrəvan rəhbərliyinin və onun ətrafının üç kürsüdə əyləşməyə çalışdığının göstəricisidir.

Ancaq iki stulda belə oturmaq çətindir, üçdə isə heç mümkün deyil. Moskva bilir ki, Ermənistan hərbi cəhətdən zəifdir,  Paşinyan ölkəni növbəti hərbi faciəyə apara bilər.

Belə çıxır ki, Ermənistan baş nazirinin oynadığı bütün bu oyunlar İrəvana əks nəticə verə bilər. Başladığı və uduzduğu müharibəyə görə artıq bütün məsuliyyəti Paşinyan daşıyır. Belə siyasətin davam etdirilməsi intihara aparan yoldur. Rusiya isə çox təmkinli ölkədir və heç vaxt tələsik harasa uçmağa çalışmır. 
İkincisi, Rusiya Federasiyası başa düşür ki, region üçün çox böyük məsuliyyət daşıyır, o, sülhməramlı prosesin təminatçısıdır, Rusiya sülhməramlı qüvvələri onu kimin necə və nədəsə ittiham etməsindən asılı olmayaraq regionda öz missiyasını yerinə yetirir.

Rusiyanın belə şəraitdə Paşinyana hər hansı formada kömək edəcəyi ehtimalı yoxdur.

Bu, baş verməyəcək. Daha doğrusu, Rusiya Ermənistan liderinin dəyişilməsini gözləyəcək”, - deyə Şurıgin yekunlaşdırıb və əlavə edib ki, Moskva üçün Azərbaycanla dostluq münasibətlərinin saxlanması daha vacibdir və bu, ona bu münaqişədə sülhməramlı kimi çıxış etməyə imkan verəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO