Polislə nümayişçilər arasında toqquşma - Onlarla xəsarət alan var

Polislə nümayişçilər arasında toqquşma - Onlarla xəsarət alan var

Hazırda oxunan: Polislə nümayişçilər arasında toqquşma - Onlarla xəsarət alan var

15481

Tailandda polislə nümayişçilər arasında baş verən toqquşmaların gedişatında onlarla insan xəsarət alıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, etiraz aksiyası ölkənin Baş naziri Prayut Çan-Oçi başda olmaqla hökumətin istefası və konstitusiya islahatlarının aparılması tələbi ilə Bankokda Kral sarayı qarşısında keçirilib.

 

MÖVZU İLƏ BAĞLI:

Livanda iğtişaşlar zamanı xəsarət alanların sayı 226-ya çatdı


Polis rezin güllələr və gözyaşardıcı qaz tətbiq edərək etirazçıları qovmağa çalışıb. Nəticədə toqquşmalar baş verib. Bu zaman azı 30 nəfər xəsarət alıb. Onlar arasında polis əməkdaşları da var.

Qeyd edilir ki, nümayişçilərin bir çoxu gözyaşardıcı qazın təsirindən yaxınlıqdakı mağazalara sığınıblar.

Bankokun polis rəisi Piya Taviçay jurnalistlərə bildirib ki, polisin bu hərəkətlərinə nümayişçilərin zorakılığı səbəb olub. Onun sözlərinə görə, 20 nəfər saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO