Roman Bağdasaryan Xankəndidəki ermənilərə səsləndi:

Roman Bağdasaryan Xankəndidəki ermənilərə səsləndi: "Yorğan yeyəcəksiniz?" - FOTO

Hazırda oxunan: Roman Bağdasaryan Xankəndidəki ermənilərə səsləndi: "Yorğan yeyəcəksiniz?" - FOTO

154776

Ruslar Xankəndidə yaşayan erməniləri rüsvay ediblər.

Bizim.Media xəbər verir ki, bu fikirləri Nikol Paşinyanın tərəfdarı olan erməni bloger Roman Bağdasaryan sosial şəbəkədə yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ağdam-Xankəndi yolu açıldı: Rusiyanın yük avtomobili keçdi - FOTO/VİDEO


“Ruslar Qarabağdakı etnik ermənilərə soyuğa qarşı yorğan göndərməklə onları biabır etdilər. 

Ermənilərin qoyun yunundan hazırlanan yorğanları hara getdi? Aclıqdan danışırsınız, necə yorğan istəyə bilərsiniz? Yorğanları yeyəcəksiniz?

Bir il xalqa işgəncə verdiniz, Paşinyanı devirməyə çalışdınız, Anna Akopyanı ləkələmək istədiniz, Arayiki devirdiniz, indi özünüzü müqəddəs kimi göstərirsiniz?

Heç nəyi təmsil etmirsinizsə, niyə yolu bağladınız və vətənpərvərliyinizlə bağlı reportajlar çəkdiniz?”, deyə o, qeyd edib.

Xatırladaq ki, separatçılar iddia edirlər ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi yük avtomobilində qida yoxdur, yalnız yorğan və adyal var.

Xankəndidə yaşayan ermənilər bununla bağlı kinayəli zarafatlar edirlər. Onlar yemək dizaynlı yorğanları paylaşıb, Rusiyanın yardımını tənqid edirlər.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO