Türkiyə, Ukrayna və Polşa arasında yeni yükdaşıma istiqaməti...

Türkiyə, Ukrayna və Polşa arasında yeni yükdaşıma istiqaməti...

Hazırda oxunan: Türkiyə, Ukrayna və Polşa arasında yeni yükdaşıma istiqaməti...

15476

Martın 30-dan etibarən Karasu limanı (Türkiyə) ilə Çernomorsk (Ukrayna) dəmir yolu-bərə keçidi və Slavkov şəhəri (Polşa) arasında multimodal (logistik və nəqliyyat kompleksi) yük daşımaları üçün yeni bir istiqamət açılacaq.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Ukrayna Dəniz Limanlarının İdarəsi" (USPA) Dövlət Müəssisəsinin rəhbəri Oleksandr Golodnitskiy IV Ukrayna-Alman İqtisadi Forumu zamanı deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə və Ukrayna müdafiə sənayesində əməkdaşlığı genişləndirir


Onun sözlərinə görə, marşrut Türkiyənin Karasu limanından Ukraynadakı Çernomorsk dəmir yolu-bərə kompleksindən Polşanın Slavkov şəhərinə qədər işləyəcək: 

“Yeni marşrut boyunca yük daşımalarını bir gün yarım sürətləndirəcək. Bir konteynerin Karasudan-Slavkova daşıma xərci isə 1,7 min avro olacaq”.

Xatırladaq ki, martın 5-də Ali Rada “Multimodal nəqliyyat haqqında” qanun layihəsini qəbul edib.

Qanun layihəsinin məqsədi Ukraynada malların multimodal daşınmasının təşkilati və hüquqi əsaslarının tənzimlənməsi ilə yanaşı multimodal daşımalara dövlət dəstəyini təkmilləşdirməkdir.

Layihə çərçivəsində Ukraynada malların multimodal və kombinə daşınması konsepsiyası, multimodal terminal, multimodal nəqliyyat sənədi, operator və multimodal nəqliyyat müştərisi, multimodal nəqliyyat müqaviləsinin tərifini, onun əsas şərtlərini, tərəflərin hüquqları və tərəflərin öhdəlikləri, bu cür daşımalarda dövlət tənzimlənməsinin əsas prinsipləri və dövlət dəstəyi tənzimlənir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO