Avqust ayının sonu və sentyabr ayının əvvəllərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları saxlanılan Ermənistan vətəndaşlarına baş çəkiblər.
Bizim.Media xəbər verir ki, bu barədə apa-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
Qeyd olunub ki, Azərbaycan tərəfinin haqqında məlumat verdiyi həmin şəxslərlə təkbətək görüş keçirilib və onların ailələri ilə əlaqələri yaradılıb.
"Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir.
BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır.
BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", məlumatda deyilir.
Bizim.Media
- A-
- A
- A+
Region
18:33 / 11.09.2023
BQXK saxlanılan Ermənistan vətəndaşlarına BAŞ ÇƏKDİ
Hazırda oxunan: BQXK saxlanılan Ermənistan vətəndaşlarına BAŞ ÇƏKDİ
Hazırda oxunan: BQXK saxlanılan Ermənistan vətəndaşlarına BAŞ ÇƏKDİ
154692
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.