Roman Bağdasaryan: Qatillər Qarabağdan Ermənistana qaçır

Roman Bağdasaryan: Qatillər Qarabağdan Ermənistana qaçır

Hazırda oxunan: Roman Bağdasaryan: Qatillər Qarabağdan Ermənistana qaçır

154577

Bloger Roman Bağdasaryan erməni cəmiyyətinə müraciət edərək Qarabağ klanının nümayəndələrinin Ermənistana getməsinin təhlükəsindən söz açıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə öz Facebook səhifəsində yazıb.

“Müharibədən 3 il keçir. Qarabağdan xainlər - Arayıkin “məmurları”, “generallar” və qatillər həbsxanalardan Ermənistana qaçır və burada cəzasız olaraq dolaşır. Niyə biz hər kəsin Qarabağdan Ermənistana gəlməyinə icazə veririk?

Niyə heç kim Samvel Oqanovskinin Ermənistanda nə işlə məşğul olduğunu soruşmur? Xankəndi "merinin” arvadı kənd təsərrüfatına rəhbərlik edirsə, uşaqları ilə niyə Ermənistana qaçıb? Ermənistan işə getməyən insanların maaşını necə verir və onlar Ermənistanda kef edirlər.
Bako və Arayıkın göstərişi ilə həbsxanalarda adam öldürən o qarabağlılar niyə İrəvanda sakit gəzirlər? İnsanlar cinayət məsuliyyətinə cəlb olunur, adam öldürməkdə ittiham olunur və eyni zamanda sakitcə Ermənistana köçürlər. Təsəvvür edə bilərsinizmi ki, onlar hansı zərər verə bilərlər", deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO