Paşinyan: “Qırıcı təyyarəni aldıq amma ona raket almağa vaxt çatdırmadıq”

Paşinyan: “Qırıcı təyyarəni aldıq amma ona raket almağa vaxt çatdırmadıq”

Hazırda oxunan: Paşinyan: “Qırıcı təyyarəni aldıq amma ona raket almağa vaxt çatdırmadıq”

15447

Baş nazir Nikol Paşinyan ölkəiçindəki səfəri zamanı əhali qarşısında çıxışında deyib ki, biz Rusiyadan raketsiz “Su-30CM” qırıcı təyyarələri almışdıq, amma müharibəyə qədər raket almağa vaxtımız çatmadı.

Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, baş nazir bu dəfəki çıxışında da insanları güldürə bilib:

 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan: “Əgər insanlar məni güllələməyə qərar versələr, dik dayanacağam”


"Bizə deyirlər ki, nə üçün siz təyyarə aldınız? Bəli, biz təyyarə aldıq, may ayında təhvil verildi. Ancaq biz müharibəyə qədər raket ala bilmədik. Təyyarələri siz alardınız, biz də raketləri alardıq. Niyə 26 yaşlı dövlətin döyüş təyyarələri yox idi?", - deyə Paşinyan ittihamlara cavab verib.

Onun sözlərinə görə, Rusiya hökumətinin qərarına əsasən, həmin qırıcıların döyüş sursatlarının ikinci ölkəyə satışı qadağandır.

Sakinlər bu sözlərdən sonra Paşinyana yenə lətifə qoşublar: ”Yəqin baş nazir bu təyyarələrlə qoyun daşyacaqdı, ya da selfi çəkdirmək üçün əla dekorasiyadır”.

Xatırladaq ki, bundan əvvəl keçmiş baş hərbi müfəttiş, general-polkovnik Movses Akopyan Rusiyadan alınan “Su-30CM” qırıcılarının döyüş sursatı ilə təchiz olunmadığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO