Türkiyə prezidentinin Novruz təbriki yayımlandı

Türkiyə prezidentinin Novruz təbriki yayımlandı

Hazırda oxunan: Türkiyə prezidentinin Novruz təbriki yayımlandı

15441

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Novruz bayramı münasibətilə təbrik mesajı yayımlanıb.

Bizim.Media xəbər verir ki, təbrik mətnində deyilir:

“Yazın muştuluqçusu, sülh və qardaşlığın simvolu Novruz Günü münasibəti ilə təbrik edirəm.

 

MÖVZU İLƏ BAĞLI:

Co Baydendən Novruz təbriki


Mərkəzi Asiyadan Anadolu və Balkanlaradək geniş coğrafiyada min illərdir coşqu ilə qeyd olunan Novruzun işarə etdiyi birlik və həmrəylik hissinin bütün dünyaya kök salmasını və daimi olmasını diləyirəm.

Novruzun cücərtdiyi ümid və həyəcanla həm ölkəmiz, həm bölgəmiz, həm də bütün bəşəriyyət üçün daha firavan, daha ədalətli və daha təhlükəsiz gələcəyi qadını və kişisi ilə, gənci və yaşlısı ilə çiyin-çiyinə qurmağa davam edəcəyik.

Novruzun əziz millətimizə və bütün insanlığa əmin-amanlıq, bərəkət və muştuluqlar gətirməsinə ümid edir, bütün vətəndaşlarımızı səmimi-qəlbdən salamlayıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO