“Ermənistanın vəzifəsi Rusiyanı bölgədən sıxışdırıb çıxarmaqdır. Bu, regionda sülhə nail olmaq şansı yaradacaq”.
Bizim.Media xəbər verir ki, bunu politoloq Qraçya Arzumanyan "Noyan Tapan" kanalına müsahibəsində bildirib.
MÖVZU İLƏ BAĞLI:
Elçin Əmirbəyov: “Ermənistan hələ də 10 min əsgərini Qarabağdan çıxarmayıb”
O qeyd edib ki, Rusiyanın regiona təsirinin azalması və Azərbaycan - Ermənistan münasibətərinə müdaxiləsinə son qoyulması, ölkələr arasında uzun müddətli sülhə gətirib çıxaracaq:
“Bildiyimiz kimi Rusiya və Türkiyə Şimali Qafqaz regionu ilə bağlı öz məqsədlərini müdafiə edirlər. Türkiyənin hərbi planlar çərçivəsində Azərbaycan üzərində hər hansı rolu yoxdur, lakin Rusiyanın Ermənistan üzərində, eləcə də regiondakı vəziyyətin gərginləşməsində rolu var. Odur ki, Rusiyanın bölgədəki rolunun azalması, Azərbaycanla münasibətlərimizin normallaşmasına və davamlı sülhə gətirib çıxaracaq”.
Bizim.Media