Rusiya, Aİ, indi də ABŞ... – Ermənistan Suriya kimi böyük güclərin poliqonuna ÇEVRİLİR

Rusiya, Aİ, indi də ABŞ... – Ermənistan Suriya kimi böyük güclərin poliqonuna ÇEVRİLİR

Hazırda oxunan: Rusiya, Aİ, indi də ABŞ... – Ermənistan Suriya kimi böyük güclərin poliqonuna ÇEVRİLİR

154111

Ermənistan öz ərazisində ABŞ-la birgə hərbi təlimlər keçirməyi planlaşdırır. Belə ki, beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində sentyabrın 11-dən 20-dək “Qartal tərəfdaşı - 2023” adlı erməni-amerikan birgə təlimi keçiriləcək.

Təlimin adı sülhməramlı missiyada iştirak olsa da aydın məsələdir ki, İrəvanın ABŞ-la birgə keçirdiyi hərbi təlimin arxasında başqa məqamlar yatır. KTMT üzvü olan Ermənistanın başqa bir hərbi blokda yer alan ölkə ilə öz ərazisində birgə hərbi təlimlər keçirməsi əslində üzvü olduğu bloka meydan oxumaq cəhdidir.
 

MÖVZU İLƏ BAĞLI:

Kreml: "Ermənistan-ABŞ təlimləri regionda vəziyyətin sabitləşməsinə kömək etmir"


Maraqlıdır ki, İrəvan son zamanlar KTMT-nin hərbi təlimlərinə qatılmır. İrəvan nə öz ərazisində nəzərdə tutulan KTMT təlimlərinə imkan verdi. Nə də Belarusda keşirilən anoloji tədbirdə iştirak etmədi. Bu azmış kimi qurumdakı daimi nümayəndəsini də geri çağırıb. Əvəzində, ABŞ-la sülhməramlı missiyada iştirak adı ilə birgə hərbi təlimlər keçirir.

Onu da qeyd edək ki, Ermənistan tədricən böyük dövlətlərin hərbi qüvvələrinin cəmləşdiyi bir poliqona çevrilməkdədir.

Ermənistanda Rusiya hərbi bazası fəaliyyət göstərir. Onun ardınca Aİ də mülki missiya adı ilə Azərbaycanla sərhəddə cəmləşib.

İndi də hərbi təlimlər adı ilə ABŞ ordusu ilə sıx əlaqələr qurulur. Bizim.Media-ya açıqlama verən politoloq Elşən Manafovun fikrincə, ABŞ-Ermənistan birgə hərbi təlimləri əslində İrəvanı Rusiyanın təsir dairəsindən çıxarıb, Qərbin təsir dairəsinə keçirmək üçün Paşinyan iqtidarının məqsədyönlü və ardıcıl surətdə həyata keçirdiyi siyasətin tərkib hissəsidir:

“Paşinyan hələ müxalifətdə olarkən özünün Qərbpərəst siyasətilə seçilirdi. Hakimiyyətə gəldikdən sonra, bu addımları məlum geosiyasi reallıqlara görə bir müddət həyata keçirə bilmədi.
Amma hazırkı dünyanın geosiyasi düzənindən çıxış edərək və Cənubi Qafqaz uğrunda Qərb-Rusiya qarşıdurmasının güclənməsi fonunda Paşinyan Qərbə doğru istiqaməti daha da sürətləndirməyi düşünür.

Bu azmış kimi, Paşinyan KTMT-dəki daimi nümayəndəsini geri çağırsa da, onu hələlik yenisilə əvəzləməyib. Bu da müəyyən mənada Rusiyaya mesaj kimi qəbul olunmalıdır. Hətta vəziyyət o yerə çatıb ki, qatı ermənipərəst mövqedən çıxış edən Dövlət Dumasının Zatulin kimi deputatı belə Paşinyanı kəskin şəkildə tənqid etməyə başlayıb.

O da bildirib ki, belə siyasət Paşinyana baha başa gələcək”. Politoloq qeyd edir ki, masa üzərində coğrafi və geosiyasi anlamda Ermənistanın gələcək statusu və müqəddəratı ilə bağlı məsələlər dayanır:

“Paşinyan düşünür ki, Ukraynada yaşadığı gərgin vəziyyət Rusiyaya Cənubi Qafqaz uğrunda Qərblə daha ciddi mübarizəyə getmək imkanı verməyəcək. Ona görə də belə addımlar ataraq, öz ərazisində ABŞ-la birgə hərbi təlimlər keçir.

Belədə aydın görünür ki, Ermənistan öz ərazisini daha bir ölkənin ordusuna verməklə poliqona çevirir. Bu istiqamətdə Avropa Birliyi də Paşinyanı şirnikləndirir. NATO-nun AB-dəki sözçüsü bir həftə əvvəl Paşinyana verdiyi açıqlamada belə bir addımı atmağı tövsiyyə edib”.

Həmsöhbətimizə görə, yaranmış bu durumda Paşinyanı da Saakaşvilinin aqibəti gözləyə bilər:

“Paşinyan nəzərə almalıdır ki, 2008-ci ildə eyni vədləri Gürcüstan Prezidenti Saakaşviliyə verdilər. Nəticəsi olaraq, Gürcüstan Cənubi Osetiya və Abxaziyanı faktiki itirdi. Ermənistan isə Gürcüstan deyil, Ukrayna da deyil.

Ermənistan coğrafi anlamda Avropadan çox uzaqdır. Bu mənada Paşinyanın atdığı həmin addımlar Rusiya ilə Ermənistan münasibətlərindəki çatları daha da dərinləşdirəcək. Bu isə dolayısı ilə Azərbaycan dövlətinin xeyrinədir.
Bu eyni zamanda, Rusiyanın dəstəyi şəraitində perspektivdə Qarabağ üzərində dövlət suverenliyimizin tam təmin olunmasına şərait yaradacaq. Ermənistan isə Paşinyanın yürütdüyü indiki siyasət fonunda Suriya kimi, dünya güclərinin savaş poliqonuna çevriləcək”.

Rüfət Sultan, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO