Emmanuel Makron Bakıya gələcək - Erməni mətbuatı

Emmanuel Makron Bakıya gələcək - Erməni mətbuatı

Hazırda oxunan: Emmanuel Makron Bakıya gələcək - Erməni mətbuatı

153904

Fransa prezidenti Emmanuel Makron bu həftənin sonunda Ermənistana gələcək. Səfər sentyabrın 9-10-na planlaşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Alpha News” saytı öz mənbəsinə istinadən yazıb.

Mənbə iddia edir ki, İrəvandan sonra Makron Bakıya gələcək.

Xatırladaq ki, Emmanuel Makron 2018-ci ilin oktyabrında İrəvanda keçirilən və iyirmidən çox ölkə və hökumət rəhbərlərinin bir araya gəldiyi 17-ci Frankofoniya Sammiti çərçivəsində Ermənistana bir dəfə səfər edib. Lakin bu səfərin Ermənistan-Fransa diplomatik əlaqələrində heç bir əhəmiyyətli təsiri olmayıb.

2017-ci ildə Fransa prezidenti olan və 2021-ci ildə yenidən seçilən Emmanuel Makron əvvəlki Fransa prezidentlərindən fərqli olaraq Ermənistanda rəsmi və ya dövlət səfərində olmayıb.

2006-cı ildə Jak-Şirak, 2011-ci ildə Nikola Sarkozi, 2014-cü ildə Fransua Olland dövlət səfəri ilə Ermənistana gəlib. Olland 2015-ci ildə Erməni Soyqırımının 100 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün ikinci dəfə İrəvana səfər edib.
2020-ci ildə 44 günlük müharibədən sonra erməni icması ilə görüşlərdə hazırkı prezident Makron dəfələrlə Qarabağ məsələsinə görə Ermənistana gələcəyini bildirib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO