Arestoviç:

Arestoviç: "Ermənistan Azərbaycanın faydalı təkliflərini qəbul edə bilər"

Hazırda oxunan: Arestoviç: "Ermənistan Azərbaycanın faydalı təkliflərini qəbul edə bilər"

153735

Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri Aleksey Arestoviç Ermənistanın baş naziri Nikol Paşinyanın strateji təhlükəsizlik sahəsində Rusiyadan asılı olması ilə bağlı strateji səhvi barədə bəyanatını şərh edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, internet resurslarında danışıb.

"Rəsmi Bakı Qarabağda azərbaycanlıların qətliamına, Xocalı soyqırımına baxmayaraq bir vaxtlar ermənilərə hər cür həll yolu təklif etdilər. Ancaq İrəvan buna razı olmadı.

İndi isə ən yaxşı variant kimi Ermənistan Türkiyə və Azərbaycanın qarşılıqlı faydalı təkliflərini qəbul edə, KTMT-dən çıxa və digər siyasi bloklara, o cümlədən NATO-ya qoşula bilər", deyə o, qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO