1991-ci ilin sentyabrın əvvəli. Həmin vaxtlar şuranın mərkəzi olan Moskva “avqust qiyamı”ndan özünə gəlməmiş, gözlər qarşısında parçalanan SSRİ məkanında müstəqilliklərin paradı keçirilir.
Bizim.Media xəbər verir ki, Sovet ölkələri bir-birilərinin ardınca müstəqilliklərini elan edirlər.
Belə ki, avqustun 24-də bu barədə Ukrayna elan etdi, avqustun 30-da isə Ali Sovetin növbədənkənar sessiyasında Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul etdi.
Məlumata görə, Ermənistanın köməyi və kütləvi zorakılıqla, etnik təmizləmə ilə artıq üç il idi ki, o zamankı DQMR-i Azərbaycanın tərkibindən ayırmağa cəhd edən Qarabağ separatçıları da əl altından vəziyyətdən yararlanmaq qərarına gəldilər.
Ətraflı videomaterialda:
Bizim.Media