Qarabağdakı Rusiya sülhməramlılarına yeni komandan təyin OLUNDU 

Qarabağdakı Rusiya sülhməramlılarına yeni komandan təyin OLUNDU 

Hazırda oxunan: Qarabağdakı Rusiya sülhməramlılarına yeni komandan təyin OLUNDU 

153047

Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin yeni komandanı təyin edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Bildirilib ki, general-mayor Kirill Kulakov Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinə rəhbərlik edəcək. 

O, 20 iyul 1969-cu ildə anadan olub. 

1990-cı ildə Kazan Ali Hərbi Komandanlıq Məktəbini bitirib. 2014-2017-ci illərdəki fəaliyyətinə görə "Qırmızı Bayraq" ordeni alıb.  

Qeyd edək ki, bundan əvvəl Rusiya sülhməramlı qoşunlarının komandanı, general-polkovnik Aleksandr Lentsovun Qarabağı tərk etdiyi bildirilirdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO