Erməni separatçıların Qarabağ ərazisində Rusiya sülhməramlılarının himayəsi altında qanunsuz əməlləri davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə teleqram kanallarında görüntülər yayılıb.
Videodan göründüyü kimi, Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə Rusiya sülhməramlılarının müşayiəti altında növbəti dəfə erməni qeyri-qanuni silahlı birləşmələri döyüş mövqelərinə təminat vasitələri daşıyırlar.
Xatırladaq ki, daha öncə də Rusiya sülhməramlılarının müşayiəti altında ermənilərin qanunsuz daşımalarına dair çoxsaylı videolar yayılıb.
Bizim.Media