Ara Abramyan erməni diasporundakı “yarpaq tökümü”nün anonsunu verməklə kimləri hədəfə alır? - MARAQLI  DETALLAR

Ara Abramyan erməni diasporundakı “yarpaq tökümü”nün anonsunu verməklə kimləri hədəfə alır? - MARAQLI  DETALLAR

Hazırda oxunan: Ara Abramyan erməni diasporundakı “yarpaq tökümü”nün anonsunu verməklə kimləri hədəfə alır? - MARAQLI  DETALLAR

152190

“Son 5 ildə erməni diasporu parçalanıb. Biz Xarici İşlər Nazirliyi, Diaspor Komitəsi ilə işləyirdik. Bu kifayət deyildi, amma az da olsa, nəticə əldə edirdik. Hər şeyin yaxşı olacağına ümid var idi. 
Bu gün nə Ermənistan-diaspor əlaqələri var, nə yanaşma, nə də siyasət”.

Bunu Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan ötən gün keçirdiyi mətbuat konfransında deyib.  Onun sözlərinə görə, əvvəllər Rusiya Erməniləri İttifaqı Ermənistanda daha yaxşı fəaliyyət göstərirdi:

“Hamı ayrılıb. Rusiyada 400-ə yaxın milli təşkilat açılıb, lakin onlar çox tez bağlanırlar. 

Hamı hamıya qarşı çıxır, hamı bir-birini gözdən salır. Rabitə pozulub. Paşinyanın bəyanatlarını götürsək, diasporumuz birdir. Amma onun dediklərinin əksini sübut edən 30 məqamı sadalaya bilərəm”.

Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın bu sözləri erməni diasporunda ciddi fikir ayrılıqlarının olmasından xəbər verir. 

Nəzərə alaq ki, erməni diasporu daha çox fəaliyyət göstərdikləri ölkələrə yarınmağa çalışıblar. Bu günki reallıqsa ondan ibarətdir ki, Rusiya Azərbaycanla dostluq və mehriban qonşuluq şəraitində yaşamaq istəyir. Belə vəziyyətdə isə ermənilərin pozuculuq fəaliyyətinə rəsmi Moskvanın ehtiyacı qalmır. Ehtiyac duyulmayan qonaqsa hər zaman qapı arxasında qalır. Necə ki, Rusiyadakı erməni ittifaqları gərəksiz bir şeyə çevriliblər.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən politoloq Tural İsmayılov bildirdi ki, Ara Abramyanın açıqlaması əslində reallığı özündə ehtiva edir:

“Təkcə Rusiyada deyil, digər ölkələrdəki erməni diasporları arasında da ciddi fikir ayrılıqları mövcuddur. 

Ən böyük fikir ayrılığı isə Rusiya və ABŞ-da yaşayan erməni diasporları arasındadır. Məsələn, ABŞ-dakı erməni lobbisi Ermənistandakı mövcud hakimiyyəti, yəni Paşinyanı dəstəkləyir. Lakin Rusiyadakı erməni ittifaqları və təşkilatları daha çox Paşinyanın əleyhinə iş aparır.

Bu da erməni diasporasındakı çatları göstərən ən dəqiq nümunədir. Ara Abramyan və digər media sahəsindəki ermənilər çalışırlar ki, Moskvaya öz istəklərini diqtə etsinlər. 

Lakin, artıq zaman dəyişib. Ermənilərin istəyi ilə Rusiyanın maraqları bir çox məqamlarda üst-üstə düşmür.

Ona görə də Kremldən daha əvvəlki dəstəyi ala bilməyən ermənilər sükansız gəmi kimi hərəkət edirlər. Bu mənada Ara Abramyanın dediklərində həqiqət var. Erməni ittifaq və təşkilatları artıq Rusiyada heç kimə lazım deyil”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO