Qarabağda “rus kartı”nın işə keçməməsi İrəvanda təşviş, Xankəndidəsə qorxu yaradıb - Bölgədə NƏ BAŞ VERİR? 

Qarabağda “rus kartı”nın işə keçməməsi İrəvanda təşviş, Xankəndidəsə qorxu yaradıb - Bölgədə NƏ BAŞ VERİR? 

Hazırda oxunan: Qarabağda “rus kartı”nın işə keçməməsi İrəvanda təşviş, Xankəndidəsə qorxu yaradıb - Bölgədə NƏ BAŞ VERİR? 

151919

“Qarabağda bələdiyyə və mədəni muxtariyyətin yalnız zəif komponentləri var. Lakin “Rusiyanın təklifləri qüvvələr balansına əsaslanır. Amma güman etmirəm ki, bundan sonra kimsə bizə daha yaxşı təklif versin. Zaman da əleyhimizə işləyir. Üç aydan sonra bizə ən pis təklif gələcək, ya da heç onu da etməyəcəklər. Ehtimal ki, həmin müddətə qədər Qarabağda daha erməni qalmayacaq”.

Bunu erməni politoloq Suren Surenyants özünün Teleqram kanalında söyləyib.

Erməni politoloqun narahatçılığı başa düşüləndir. Çünki, ermənilər üçün artıq seçim imkanları qalmayıb. Bu günkü reallıq ondan ibarətdir ki, qlobal güclər daha əvvəlki kimi Ermənistanı müdafiə etmir. Beynəlxalq aləmdə təklənən rəsmi İrəvansa reallıqlarla barışmaq zorundadır.

Reallıqsa ondan ibarətdir ki, Qarabağda qalıb yaşamaq istəyən ermənilər Azərbaycana reinteqrasiya etməlidir. Bu məsələdə alternativ  yoxdur. Ona görə də erməni politoloqun narahatçılığı tam başa düşüləndir.

Bəs, ermənilərin Qarabağı bir nəfər kimi tərk etməsi ehtimalı varmı?

İndiki vəziyyətdə bu real görünmür. Ən azından yaxın perspektiv üçün bunu proqnozlaşdırmaq doğru olmazdı. Çünki, ermənilərin Qarabağdan tamamilə çıxarılması məsələsi Azərbaycanın gündəmində olmayacaq məsələdir.

Azərbaycan reinteqrasiyanın tərəfdarıdır. Və rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan vətəndaşlığını qəbul edən və Azərbaycan qanunları ilə yaşayıb-işləmək istəyən ermənilər Qarabağda qala bilər.

Qarabağda “rus kartı” işə keçmədi

Lakin, bir məsələ var ki, Qarabağdakı ermənilərin xeyli hissəsi son 35 ildə dünyanın müxtəlif ölkələrindən məqsədli şəkildə bu yerlərə köçürülüb. Bu hesaba da həm burdakı ermənilərin sayını artırmaq istəyiblər, həm də bəzi xarici dövlətlərin maraqlarını təmin etməyə çalışıblar.

Çünki, ikili vətəndaşlığı olan ermənilər siyasi oyunlar üçün köçüb gəldiyi ölkəyə müraciət edə bilər. Bu zaman bəzi ölkələr, xüsusən də Rusiya Azərbaycana təzyiq və hətta hərbi müdaxilə fürsəti qazanmış olur. Təsadüfi deyil ki, Rusiya 2014-cü ildə Şərqi Ukraynaya məhz bu yolla müdaxilə etdi.

Guya ki, Donbas və  Luqanskda Rusiya vətəndaşlarının həyatı üçün təhlükə vardı. Bu “təhlükə”ni bəhanə gətirən Rusiya Ukraynaya ordu yeritdi. Vaxtilə Qarabağa köçürülən ermənilər də əslində bu cür bədnam oyunun bir parçasıdır.
Lakin, Ukraynadakı hadisələrin nəzarətdən çıxması və uzunmüddətli müharibəyə çevrilməsi bu kartın Qarabağda təkrar dağıdılması ehtimalını aradan qaldırdı. Üstəlik, Azərbaycanın balanslaşdırılmış siyasəti rəsmi Moskvanın əl-qolunu bağlayıb. Ona görə də Qarabağda “rus kartı” işə keçmədi. 

Ermənilər niyə Qarabağdan qaçır?

Vaqif Xaçatryan və digər insan cəlladlarının həbsindən sonra ikili vətəndaşlığı olan ermənilər qorxuya düşərək Azərbaycan torpaqlarını tərk etməyə başlayıblar. Çünki, Rusiya vətəndaşlığı olan ermənilər separatçılarla işbirliyində olub, Azərbaycana qarşı hərbi və iqtisadi cinayətlər törədiblər. Təsadüfi deyil ki, son 2 gündə Qarabağı 150-dən artıq Rusiya vətəndaşlığı olan erməni tərk edib. 

Sonuncu erməni Qarabağı bu şərtlərlə tərk edə bilər

Qarabağda zor-xoş məskunlaşdırılan ermənilər daha əvvəlki kimi xaricdən yardım ala bilmirlər. Bu da burdakı ermənilərin sosial durumunu xeyli zəiflədib. Bundan başqa 44 günlük müharibəyə qədər ermənilər işğal altında olan torpaqlarımızı düşməncəsinə istismar edirdilər. Bu da onlara əlavə gəlir gətirirdi. Lakin, bu gün daha əvvəlki iqtisadi dividentlər yoxdur.  Ona görə də erməniləri Qarabağ heç nəyi ilə cəlb etmir.

Və Böyük Köç başlayıb. 

Bu köç çərçivəsində ikili vətəndaşı olan bütün ermənilər Qarabağı tərk edəcək. İkinci qrup köçkünlərsə separatçı rejimin təzyiq və despot fəaliyyətindən bezənlərdir. Bir çox sadə ermənilər separatçıların və xarici qüvvələrin əlində alət olmaqdan yorulublar.
Onlar da Qarabağı tərk etməyə başlayıblar. Bu proses sona qədər davam etsə onda Qarabağda separatçılardan başqa bir kəs qalmayacaq. Həmin separatçılarınsa son sığınacaq yeri Azərbaycan məhkəməsinin ədalətidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO