Cəhənnəmə gedən Vardanyan Arutyunyanı da özü ilə aparmaq istəyir – Maraqlı DETALLAR

Cəhənnəmə gedən Vardanyan Arutyunyanı da özü ilə aparmaq istəyir – Maraqlı DETALLAR

Hazırda oxunan: Cəhənnəmə gedən Vardanyan Arutyunyanı da özü ilə aparmaq istəyir – Maraqlı DETALLAR

151850

Xankəndindəki separatçılar yenə “dava-dava”deyirlər. Amma bu dəfəki dava Azərbaycana qarşı deyil. Separatçılar bir-birinə qənim kəsilib. Bu da ondan irəli gəlir ki, çəmbər daralıb. Azərbaycan bayrağının Xankəndindəki mərkəzi küçələrdə dalğanacağı vaxta çox az qalıb. Bunun fərqində olan separatçılar fizioloji mövcudlarını saxlamaq üçün qurban axtarırlar.

Qurbanlıqsa öz aralarındadır. Çünki, Xankəndindəki separatçılar siyasi oyunlardakı kiçik “peşka”lardır. “Peşka”larsa hər zaman ilk qurban verilən fiqurlardır.  

Ona görə də Ruben Vardanyanla Arayik Arutyunyan arasında başlayan münaqişə getdikcə dərinləşir. Və bu münaqişə hələ bir müddət də davam edəcək. 

Sonda isə bu insanlıq qatilləri Azərbaycan qanunları qarşısında izahat və cavab verəcəklər.

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Tural İsmayılov bildirdi ki, Vardanyanla Arutyunyanın davası uzun müddət idi ki, davam edirdi:
 

MÖVZU İLƏ BAĞLI:

Xankəndidə separatçılar bir-birini TƏHQİR EDİR - DETALLAR


“Vardanyan Xankəndinə gəldiyi ilk gündən çalışırdı ki, Arayiki sıradan çıxartsın, özü əsas sima olsun. Əslində, Vardanyan məhz bu məqsədlə Xankəndinə göndərilmişdi.

Erməni milyarderin əsas missiyası Qarabağda separatizmi daha güclü şəkildə alovlandırmaq idi.

Baxmayaraq ki, Azərbaycanın diplomatik yollarla Vardanyanı zərərsizləşdirdi. Bundan sonra Arayikinsəsi daha çox eşidilməyə başladı.

Nəzərə alaq ki, Arutyunyan Paşinyana, Vardanyansa Moskvaya bağlıdır. 

Ona görə də Vardanyanın aktivliyi Paşinyanın da maraqlarına xidmət etmir.  Bu aspektdən çıxış etsək deyə bilərik ki, Vardanyanla Arutyunyan arasında mübarizə bir qədər də uzanacaq.

Lakin, bu mübarizədə qalib olmayacaq. Hər iki erməni yaxın zamanlarda siyasi səhnədən silinəcək. Bunu Arityunyan da, Vardanyan da yaxşı başa düşür. Ona görə də onlar öz aralarında “günah keçisi” axtarırlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO