Xankəndidə separatçılar bir-birini TƏHQİR EDİR - DETALLAR

Xankəndidə separatçılar bir-birini TƏHQİR EDİR - DETALLAR

Hazırda oxunan: Xankəndidə separatçılar bir-birini TƏHQİR EDİR - DETALLAR

151580

“Səndən nə lider, nə də “baş komandan” ola bilməz. Sözünün heç bir dəyəri yoxdur”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Qarabağdakı qondarma rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyan “prezident” Arayik Arutyunyana videomüraciət edərkən səsləndirib.

“Bu vəziyyətə görə məsuliyyət daşıyan şəxsə səmimi sözlərimi çatdırmaq istəyirəm. Bu, hazırkı “prezident” Ara Arutyunyandır. Altı ay əvvəl vəzifədən gedərkən dedim: əgər “prezident” həqiqətən döyüşməyə hazırdırsa, Qarabağda və ondan kənarda olan soydaşlarımızın lideri və baş komandanı olmağa hazırdırsa, Ermənistanda və diaspor qurumlarında hamımız onun yanında dayanıb hər şeyi etməliyik ki, həqiqətən bizi irəli aparsın və bütün çətinliklərə qalib gələk.

Bu gün Hakobavankdan çiyinlərində böyük yük, böyük məsuliyyət və məğlubiyyət hissini daşıyan Arayik Arutyunyana demək istəyirəm: təəssüf ki, nə rəhbər, nə də “baş komandan” ola bildiniz”, deyə Vardanyan bildirib.
Keçmiş dövlət naziri deyib ki, Qarabağa (qondarma rejimi nəzərdə tutur) inam anlayışları Arutyunyan üçün heç nə ifadə etmir.

“Yalnız pulun və vəzifənin hər şeyi idarə edə biləcəyinə inanırsınız. Araik, yanılırsan.  Həftənin əvvəlində istefa verəcəyini söyləmişdin. Siz bizim bir yumruqda birləşməyimizi istəmirsiniz. Prinsipləri, dəyərləri, ideologiyanı ikinci dərəcəli hesab edirsiniz. Bu kədərlidir, sizə yazığım gəlir, sizin həyatınız dəhşətlidir”, - deyə Vardanyan vurğulayıb.

Onun sözlərinə görə, son bir həftədə “prezident” Arutyunyan xalqla münasibətlərdə son qırmızı xətləri keçib:

“Siz “dövlət qurumları”nı məhv edirsiniz. Son 30 ildə qurduğunuz “dövləti” (yaxşı və ya pis) məhv edirsiniz. Sənin bunu etməyə haqqın yoxdur. Etdiklərinə görə Qarabağda yaşayan etnik ermənilərə cavab verməli olacaqsan”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO