Baku TV-nin Ermənistandan hazırladığı reportaj qalmaqal yaratdı - FOTO/VİDEO

Baku TV-nin Ermənistandan hazırladığı reportaj qalmaqal yaratdı - FOTO/VİDEO

Hazırda oxunan: Baku TV-nin Ermənistandan hazırladığı reportaj qalmaqal yaratdı - FOTO/VİDEO

151499

Baku TV-nin Ermənistandan hazırladığı reportaj “daşlar diyarı”nda böyük səs-küyə səbəb olub və qonşu ölkənin dövlət təhlükəsizlik sisteminin zəifliyini göstərib.

Bizim.Media caliber.az-a istinadən xəbər verir ki, “Hraparak” nəşri “Eko-Media” qeyri-hökumət təşkilatının təsisçisi Narine Kirakosyanın bəyanatını dərc edib.

Kirakosyan Ermənistanda Azərbaycan kanalının çəkilişinə bir neçə yerli ekoloqun kömək etdiyini, onların müsahibə verdiyini və Zəngəzur mis-molibden kombinatı və digər yerli mədən şirkətləri barəsində danışdığını bildirib.

Məqalədə deyilir ki, Baku TV-nin jurnalistləri erməni toponimlərindən istifadə etmədən erməni ekoloqlarını yerli mədən şirkətlərinin Zəngəzurda baş verən ekoloji fəlakətin günahkarları olduğunu deməyə məcbur ediblər.

“Bilmirəm, Ermənistan Milli Təhlükəsizlik Xidməti videoda iştirak edən şəxsləri dindirib, onlardan bu Azərbaycan kanalına necə və niyə müsahibə verib-vermədiklərini soruşubmu?” -  deyə Narine Kirakosyan yazıb.

Bundan əlavə Narine Kirakosyan deyir ki, o, artıq üç nəfərdən Baku TV-yə niyə rus dilində müsahibə verdiyini soruşub.

Cavabında “Ecolur” ictimai təşkilatının rəhbəri İnqa Zarafyan bildirib ki, azərbaycanlı jurnalistlər ona özlərini Rusiyanın Bloknot.ru redaksiyasının müxbirləri kimi təqdim edib və ilkin olaraq elektron sorğu ediblər. Bundan sonra  onlarla görüşüb və müsahibə verib.

Erməni nəşri xəbər verir ki, yerli sakin Albert Atayan və Qafan rayonunda hamının tanıdığı ekoloji ictimai təşkilatın rəhbəri Vladik Martirosyan da Azərbaycan telekanalına müsahibə verib.

Vladik Martirosyandan Baku TV-yə müsahibə verməyi xahiş edən məhz Albert Atayan olub. Atayanın dediyinə görə, Baku TV-nin müxbirinin yanında erməni oğlan olub, o da özünü “Mir” telekanalının operatoru Tiqran kimi təqdim edib.

Biz də Ermənistana girib, bu ölkənin xüsusi xidmət orqanlarını hərifləyib, yerli ekoloqları həm yerli əhalini, həm də bütün bölgə əhalisini yavaş-yavaş öldürən Qafan və Qacaranın mədən sənayesinin səbəb olduğu ekoloji fəlakətin miqyası barədə bütün həqiqəti söyləməyə məcbur edən Baku TV-dən olan həmkarlarımızın yüksək məharətini qeyd edirik.
“İnformasiya sahəsində Ermənistan milli təhlükəsizlik sisteminin sıradan çıxması, daha doğrusu, bütün mövcud resursların bir şəxsin fiziki təhlükəsizliyinə və onun hakimiyyətinin saxlanmasına yönəldilməsi səbəbindən məğlubiyyətə uğrayır”, - deyə nəşr yekunlaşdırıb.
 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO