İrəvanda yenidən etirazlar başlayıb.
Bizim.Media xəbər verir ki, BQXK-nın İrəvandakı ofisinin bütün giriş-çıxışları təşkilatdan Helen Dadayanın meyitinin Azərbaycanın Xocavənd rayonunun Çartar kəndinə aparılmasını tələb edən etirazçılar tərəfindən bağlanıb.
Qırmızı Xaç Komitəsi Ermənistanı bir saat ərzində İrəvandakı ofisinin ələ keçirildiyini rəsmən elan etməklə hədələyib.
Qeyd edək ki, erməni qadın avqustun 14-də bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Bizim.Media