Ötən gecə İrəvan-Gümrü yolunda, Landcik kəndi yaxınlığında (Şirak rayonu) ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti yayıb.
Mənbə yazır ki, gecə saat 00:27-də Şirak Regional Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə qəza ilə bağlı siqnal daxil olub. Hadisə yerinə yanğınsöndürən-xilasedicilərdən ibarət 1 heyət və rayon xilasetmə idarəsinin əməliyyat qrupu gəlib.
Məlum olub ki, İrəvan-Gümrü yolunun 90-cı kilometrliyində 1990-cı il təvəllüdlü A.P.-nin idarə etdiyi “Volkswagen” markalı sərnişin mikroavtobusu “ZİL” markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində 11 nəfər ölüb. Xəsarət alan 6 nəfər isə tibb mərkəzlərinə yerləşdirilib.
Bizim.Media
- A-
- A
- A+
Region
09:03 / 14.08.2023
Ermənistanda mikroavtobusla yük maşını toqquşdu: 11 ölü, 6 yaralı var
Hazırda oxunan: Ermənistanda mikroavtobusla yük maşını toqquşdu: 11 ölü, 6 yaralı var
Hazırda oxunan: Ermənistanda mikroavtobusla yük maşını toqquşdu: 11 ölü, 6 yaralı var
150685
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.