Paşinyanın Fransadan da ƏLİ ÜZÜLDÜ – “Nikolun yeganə çıxış yolu qalıb”

Paşinyanın Fransadan da ƏLİ ÜZÜLDÜ – “Nikolun yeganə çıxış yolu qalıb”

Hazırda oxunan: Paşinyanın Fransadan da ƏLİ ÜZÜLDÜ – “Nikolun yeganə çıxış yolu qalıb”

149993

“Ermənilər özlərinin son oyunbazlıqlarını yaşayırlar. Artıq başda Paşinyan olmaqla hər bir erməni başa düşür ki, əvvəlki metodlar, çağırışlar və kampaniyalar heç də effektiv deyil. Bu cür çirkinliklərdən hansısa dividend, siyasi kapital əldə etmək mümkün deyil. Bunun bir səbəbi Azərbaycanın qətiyyəti və prinsipial mövqeyidirsə, digər səbəb bütün məsələlərdə Azərbaycanın Ermənistandan bir addım öndə olmasıdır”. 

Bunu Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, Paşinyan höküməti artıq dərk edir ki, Azərbaycanın təklifləri ilə razılaşmaqdan başqa yol yoxdur:

“Və bu reallığı da erməni separatçılarına aşılamağa çalışır. Ultra-millətçi erməni birlikləri də təbii ki, Paşinyanın mövqeyinə qarşı çıxır, hadisələri yenidən hərbi məcrada inkişaf etdirməyə çalışırlar. Buna görə də Paşinyanla separatçılar arasında ziddiyyətlər dərinləşir”.

Tofiq Abbasov onu da qeyd edib ki, təbii ki, biz görünən tərəflər barədə fikir bildiririk:

“Amma bağlı qapılar arxasında hansı proseslərin getdiyini dəqiq bilmirik. Bir də onu bilirik ki, ermənistanın bel bağladığı bəzi dövlətlərin özləri problemlər labirintinə düşüb. Məsələn, Fransa təkcə Avropada deyil, Afrikada da mövqelərini itirir. Artıq Afrikanın bir sıra dövlətləri Fransanın neomüstəmləkəçilik siyasətinə açıq şəkildə etiraz edir. 

Görün iş nə yerə çatıb ki, Burkina-Faso və Mali kimi dövlətlərinin rəhbərləri bəyan ediblər ki, Nigerdə baş vermiş hadisələrə Fransa güc vasitəsi ilə müdaxilə etsə onda bu ölkələr Fransaya qarşı ordu çıxaracaqlar.

Bu cür proseslər Fransanın beynəlxalq aləmdə əl-qolunu bağlayır. Öz hayına qalan Fransa isə indiki vəziyyətdə ermənilərə istənilən dəstəyi verə bilmir. Bu isə o deməkdir ki, ermənilər ən son dayaqlarını da itirirlər. 
Belə vəziyyətdə isə ermənilər üçün yeganə çıxış yolu Azərbaycanın şərtlərini qəbul etmək, bölgədə davamlı sülhə yaşıl işıq yandırmaq qalır”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO