Paşinyanın adamları Ermənistan ordusunu məhv edəcək - Erməni ekspert

Paşinyanın adamları Ermənistan ordusunu məhv edəcək - Erməni ekspert

Hazırda oxunan: Paşinyanın adamları Ermənistan ordusunu məhv edəcək - Erməni ekspert

149924

İrəvanın eks-meri Qraçya Sarkisyanın müdafiə nazirinin müavini təyin edilməsi Ermənistan hakimiyyətinin daha yumşaq desək, düşünülməmiş qərarı idi. Ola bilsin ki, təəccübün dərəcəsi baxımından bu qərar yalnız hakimiyyət dəyişikliyinə qədər tarix müəllimi işləyən, “məxməri inqilab”dan sonra isə ərazi idarəetmə naziri vəzifəsinə təyin olunan nazir Suren Papikyanın təyinatından bir pillə aşağıda durur".

Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

“İndi hərbi sahədən uzaq başqa bir fiqur son dərəcə məsuliyyətli hərbi-siyasi vəzifəyə gətirilib. Silahlı qüvvələrin 44 günlük müharibədə məğlubiyyətindən sonra müdafiə nazirliyinə hərbi idarəetmə təcrübəsi olan ağır və güclü döyüş qabiliyyətli insanlar lazım idi.
Amma görünür, Sarkisyanın təyinatı ilə Ermənistanın baş naziri Nikol Paşinyan başqa məntiqi rəhbər tutur”, – məqalədə deyilir.

Hərbi ekspert Narek Nersisyan mövzuya münasibət bildirib.

Onun fikrincə, keçmiş merin müdafiə nazirinin müavini təyin edilməsi həm loyallıq prinsipi, həm də ümumilikdə kadr çatışmazlığı ilə izah oluna bilər.

“İndiki rəhbərliyin ən böyük problemi idarəetmədir. Hakimiyyətdə olan insanlar üçün bu və ya digər təyinat üçün əsas meyar “sadiqlik”dir", - deyə ekspert mediaya müsahibəsində bildirib.

Onun sözlərinə görə, orta və uzunmüddətli perspektivdə Ermənistan Silahlı Qüvvələrində sədaqətə əsaslanan kadr siyasəti orduya son dərəcə mənfi təsir göstərəcək və nəticədə dağılacaq.

Nersisyan hesab edir ki, ordudan əsasən yüksək keyfiyyətli, təlim keçmiş kadrlar uzaqlaşa bilər:

“Müdafiə Nazirliyində əsas məsuliyyət yükünü çiyinlərində daşıyan insanlar sonrakı işlərə həvəs göstərmədən tədricən gedəcəklər. Onsuz da xidmətdə olan komandirlərdən, zabit və generallardan söz açmıram. Onlar uzun müddətdir ki, ağır psixoloji vəziyyətdədirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO