Separatçıların SON ÇIRPINIŞLARI – “Arayik bilir ki, bütün variantları tükənib”

Separatçıların SON ÇIRPINIŞLARI – “Arayik bilir ki, bütün variantları tükənib”

Hazırda oxunan: Separatçıların SON ÇIRPINIŞLARI – “Arayik bilir ki, bütün variantları tükənib”

149842

“Arayik Arutyunyan ötən gün bir sıra sərsəm fikirlər səsləndirdi. Onun bu sərsəmləmələri can verməkdə olan terror şəbəkəsinin son çırpınışlarından başqa bir şey deyil”. 

Bunu Bizim.Media-ya separatçıların lideri Arayik Arutyunyanın ötən gün səsləndirdiyi fikirləri şərh edən politoloq Tural İsmayılov deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Arayik Arutyunyan: “Hər kəs bizi Azərbaycan hökuməti ilə baş-başa buraxıb”


Onun sözlərinə görə, separatçıların liderinin açıqlamasından aydın olur ki, onların bütün manipulyasiyaları nəticəsiz qalıb:

“Bu da təbii ki, Azərbaycanın beynəlxalq sferada qazandığı böyük uğurların nəticəsidir. Artıq Azərbaycan dünyada regional güc olaraq qəbul edilir. Ona görə də dünya dövlətləri daha əvvəlki kimi erməniləri müdafiə etmir. Bu reallığı ermənilər də görür.

Lakin reallıqla barışmaq istəmirlər. Daha doğrusu bəzi xarici güclər reallıqların qəbuluna hər vasitə ilə əngəl olmağa çalışır. 

Təsadüfi deyil ki, Arayik də başa düşür ki, Azərbaycanın yurisdiksiyasının Xankəndində bərqərar edilməsindən başqa yol qalmayıb. Və dünənki çıxışında da Arutyunyan bunları deyir və hətta Ermənistan hökümətini Azərbaycanın yanında durmaqda günahlandırır.
Etirafları ilə yanaşı Arayik həm də erməni icmasını psixoloji cəhətdən Azərbaycan qanunları ilə idarə olunmağa hazırlayır. Bu məcburiyyətə görə o beynəlxlaq gücləri və rəsmi İrəvanı qınayır. Bununla da özünü bir növ məsulliyyətdən xilas etməyə çalışır. 

Maraqlıdır ki, Arayik ondan oyuncaq kimi istifadə edən xarici gücləri də şantaj edir. Həm də onu göstərmək istəyir ki, separatçıların heç bir qaçış və çıxış yolu qalmayıb. Ona görə də hesab edirəm ki, Qarabağda yaşamaq istəyən ermənilərin Azərbaycan vətəndaşı olmaqdan başqa yolları qalmayıb”. 

Tural İsmayılov onu da qeyd edib ki, çəmbər artıq daralıb:

“Bu inteqrasiya prosesinə qarşı olmayan rasional düşüncəli insanların qarşısını müxtəlif üsullarla almaq artıq separatçı rejim üçün çətinləşir. Və maraqlıdır ki, separatçılar, başda Arayik Arutyunyan olmaqla bu inteqrasiya prosesində yer ala bilmədikləri üçün daha çox təəssüflənir və qurtuluş üçün hər vasitəyə əl atırlar”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO