ABŞ Rusiyanın Qarabağdakı varlığına qarşı çıxmağa çalışacaq – “Milliyet” şok detalları AÇIQLADI 

ABŞ Rusiyanın Qarabağdakı varlığına qarşı çıxmağa çalışacaq – “Milliyet” şok detalları AÇIQLADI 

Hazırda oxunan: ABŞ Rusiyanın Qarabağdakı varlığına qarşı çıxmağa çalışacaq – “Milliyet” şok detalları AÇIQLADI 

14934

ABŞ digər oyunçulara, ilk növbədə Rusiyaya göstərmək istəyir ki, Cənubi Qafqazda baş verənlərdən xəbəri var və lazım gələrsə, siyasi nüfuzunu gücləndirməyə çalışacaq, enerji təhlükəsizliyi və iqtisadiyyat sahəsində vacib addımlar atacaq və mövqeyindən əl çəkməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin ''Milliyet'' qəzeti yazıb.

Nəşr qeyd edir ki, daha əvvəl Dövlət Departamentinin Amerika diplomatiyasının Avropa və Avrasiya istiqamətlərinə nəzarət edən yüksək rütbəli nümayəndələrindən biri Corc Kent Vaşinqtondakı Xəzər Siyasi Mərkəzində çıxış edərək bir sıra əsas məqamlara toxunub.

Kent hazırda Rusiya, Çin və İranın mövqelərinin güclü olduğu Dağlıq Qarabağdakı nizamlama prosesində ABŞ-ın iştirakının vacibliyini söyləyib.  

Amerikalı diplomata görə, Vaşinqton Qafqazda "sülh və təhlükəsizliyin" təmin edilməsi üçün strateji dəstəyini davam edəcək.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Corc Kentin dediklərini təkrarlayıb. Onun fikrincə,  Rusiyanın bölgədə, xüsusən də Ermənistanda hərbi varlığı Amerika tərəfinin narahatlıçığına səbəb olub. 

Keçmiş səfir hesab edir ki, ABŞ bölgədə sülhün bərqərar olmasında fəal iştirak etməli və bu prosesdə aparıcı rol oynamalıdır.

Türk qəzeti vurğulayır ki, Amerika diplomatlarının mövqeyi birmənalıdır: Ağ Ev,  lazım olduğu təqdirdə enerji təhlükəsizliyi və iqtisadiyyat sahəsində heç kimə təslim olmaq fikrində deyil.

Mövzu ilə bağlı keçən ilin noyabrında “The National Interest”də dərc olunan bir məqaləni də xatırlatmaq yerinə düşər.

Belə ki, nəşr Dağlıq Qarabağdakı son hərbi qarşıdurma zamanı Amerika kəşfiyyatının ABŞ-ın bölgədəki mövqeyini əhəmiyyətli dərəcədə zəiflədən üç ciddi səhvini yazıb. 

Müəllifə görə, ABŞ kəşfiyyatçıları Rus sülhməramlılarının Dağlıq Qarabağa girəcəyini təxmin edə bilməyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO