İran hakimiyyəti anomal istilər səbəbindən çərşənbə və cümə axşamını istirahət günü elan edib.
Bizim.Media xəbər verir ki, hökumət müəssisələrinin, bankların və məktəblərin müvəqqəti bağlanması barədə qərar İran Səhiyyə Nazirliyinin havaların isti keçməsi ilə əlaqədar günvurma hallarının mümkün çoxalması barədə xəbərdarlığı ilə bağlı verilib.
Son günlər İranda havalar həddən artıq isti keçir. Avqustun 1-də Tehranda termometrlər 38 dərəcəyə, ölkənin cənub-qərbində yerləşən Əhvaz şəhərində isə 50 dərəcəyədək qalxıb.
Meteoroloqlar növbəti üç gün ərzində Tehranda temperaturun daha da artacağını proqnozlaşdırır.
Bizim.Media
- A-
- A
- A+
Region
18:18 / 01.08.2023
İranda istilər səbəbindən iki gün tətil elan edilib
Hazırda oxunan: İranda istilər səbəbindən iki gün tətil elan edilib
Hazırda oxunan: İranda istilər səbəbindən iki gün tətil elan edilib
149017
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.