Tonoyan Ermənistan ordusu ilə bağlı ŞOK FAKTLARI açıqladı

Tonoyan Ermənistan ordusu ilə bağlı ŞOK FAKTLARI açıqladı

Hazırda oxunan: Tonoyan Ermənistan ordusu ilə bağlı ŞOK FAKTLARI açıqladı

149004

"2018-ci ildə müdafiə naziri vəzifəsinə təyin olunan zaman silahlı qüvvələrin döyüş hazırlığı ilə bağlı mənə təqdim olunan hesabatlarda Ermənistan ordusunun Azərbaycanın 2-3 qat üstün gücü qarşısında tab gətirə biləcəyi deyilirdi”.

Bizim.Media erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan yerli parlamentdə 44 günlük müharibənin şərtlərini öyrənmək məqsədilə qurulan təhqiqat komissiyasının suallarını cavablandırarkən deyib.

Lakin Tonoyan komissiyaya əsl reallığın başqa cür olduğunu söyləməli olub.

“Mən hələ müharibə zamanı qüvvə və hərbi texnikanın həqiqi balansından yox, silahlı qüvvələrimizin döyüş hazırlığı səviyyəsindən danışıram. Burada mən “SU-30” çoxfunksiyalı təyyarə mövzusuna qayıtmaq istərdim... Əvvəllər qırıcılar və hərbi hava qüvvələri baxımından Ermənistan tərəfində bu nisbət sıfıra bərabər idi. Yəni bizim qırıcılarımız, ümumiyyətlə, hava hücumundan müdafiə aviasiyamız yox idi”, - deyə o, Ermənistanın bu məsələlərdə tamamilə Rusiyanın imkanlarına arxalandığına işarə vurub.

Tonoyan, həmçinin Ermənistan ordusunun müasir müharibə aparmaq üçün kifayət qədər silahlanmadığını, ehtiyatda olanlarla aparılan işin səviyyəsinin də qənaətbəxş olmadığını bildirib.

“Mən bu barədə artıq açıq şəkildə danışmışam. Biz səfərbərlik resurslarını nə silah, nə də hərbi texnika ilə tam təmin edə bilmişik”, - deyə eks-nazir bildirib.

Tonoyan Türkiyənin bu dərəcədə savaşa daxil ola biləcəyini hesablaya bilmədiklərini də etiraf edib. Həbsdə olan keçmiş müdafiə naziri belə bir ehtimalın natamam şəkildə dəyərləndirildiyini vurğulayıb.

“Üstəlik, Türkiyə Naxçıvan tərəfdən deyil, birbaşa Qarabağ istiqamətində də aktiv fəaliyyət aparıb”, - deyə Tonoyan söyləyib.

O, Baş Qərargahın keçmiş rəisi Onik Qasparyanın müharibənin dördüncü döyüş günündə, Təhlükəsizlik Şurasının iclasında müharibənin dayandırılmasını təklif etdiyini və hətta baş nazirə bununla bağlı müvafiq hesabat təqdim olunduğunu bildirib.
“Yadımdadır, Təhlükəsizlik Şurasının iclası zamanı Baş Qərargah rəisi silahlı qüvvələrimizin müqavimət göstərə bilməyəcəyi barədə məlumat vermişdi. Belə bir qiymətləndirməni bəyənib-bəyənməməyimdən asılı olmayaraq, hesabatı ilk mən aldım", - deyə David Tonoyan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO