Qarabağla bağlı üçtərəfli bəyanatın tətbiqi münaqişənin həlli üçün əsas olacaq.
Bizim.Media xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri və İsveçin xarici işlər naziri Anne Linde çərşənbə axşamı Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla İrəvan şəhərində birgə keçirdiyi mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
ATƏT sədri Ayvazyanla görüşdü
Lindenin sözlərinə görə, təşkilat bölgədəki üçtərəfli bəyanatın imzalanmasından sonra dəyişən vəziyyəti yaxından izləyir.
O, atəşkəs bəyannaməsinin imzalanmasını alqışlayaraq, insan itkisindən təəssüfləndiyi bildirib.
"Bəyanatda göstərilən məqamların tam tətbiqi münaqişənin həllində irəliləyiş üçün zəmin yaradacaq" deyə o, qeyd edib.
Xatırladaq ki, ki, Ann Linde Ermənistana dünən gəlib. O, bundan öncə Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmilərlə danışıqlar aparıb.
Bizim.Media