Paşinyan Moskvaya yenə öz adamlarını göndərdi – Bu dəfə söhbət nədən gedəcək?

Paşinyan Moskvaya yenə öz adamlarını göndərdi – Bu dəfə söhbət nədən gedəcək?

Hazırda oxunan: Paşinyan Moskvaya yenə öz adamlarını göndərdi – Bu dəfə söhbət nədən gedəcək?

14892

Baş nazir Nikol Paşinyan martın 15-də nümayəndə heyətinin Rusiyaya ezam olunmasına dair qərara imza atıb. Səfərin məqsədi açıqlanmasa da, tarixləri (16-18 mart) və nümayəndə heyətinin tərkibi onların qaz danışıqları üçün Moskvaya getdiyini göstərir.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniatoday.news” saytı iqtisadçı Suren Parsyana istinadən yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

ATƏT sədri Ayvazyanla görüşdü


Parsyan Facebook səhifəsində bunları qeyd edib:

“Heyətə son illərdə qaz danışıqlarında uğursuz olan Baş nazirin müavini Mqer Qriqoryan (Baş nazirin müavini olduğu dövrdə sərhəddə qazın qiyməti 100% artdı), Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Akop Vardanyan və İctimai Xidmətlərin tənzimləməsi komissiyasının rəhbəri Qaregin Baqramyan daxildir. 

Xatırladım ki, qaz tədarükü ilə bağlı müqavilə 31 martda bitəcək və yeni razılaşmalar olmadığı təqdirdə Rusiya tərəfi yenidən qiyməti qaldıra bilər - indi hər 1000 kubmetr üçün 165 dollardır.

Bu, Moldova və Belarus üçün nəzərdə tutulan qiymətlərdən 30% çoxdur.

Mövcud hökumətin qaz və elektrik qiymətlərinin endiriləcəyinə dair seçkiqabağı vədlərini bir kənara qoysaq, görərik ki, 19 iyul 2020-ci il tarixində iş adamları üçün qazın tarifi 6, 1 fevral 2021-ci ildən etibarən isə elektrik enerjisinin qiymətləri 8 faiz artıb.

Nəticədə görünməmiş qiymət artımına sahibik. Heç kimə sirr deyil ki, qaz danışıqlarında bir çox iqtisadi və siyasi amillər təsir göstərir.

Yalnız ümid edə bilərik ki, Ermənistan hakimiyyəti bu dəfə danışıqlara daha yaxşı hazırlaşır və sərhəddə qazın qiymətində endirim əldə edə biləcəklər.

Əks təqdirdə, artan enerji ehtiyatları şəraitində Ermənistanda iqtisadi subyektlərin rəqabət qabiliyyəti azalacaq və ölkədəki iqtisadi böhran daha da dərinləşəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO