“Ruben Vardanyan bütün il ərzində nə edir? İndi deyirlər ki, Qarabağ çörək zavodlarında duz yoxdur. İki çörək zavodunda duz tükəndi. Bu nə söhbətlərdir? Çörək sexində duz yoxdur deyirsən? Sizin Ruben Vardanyan sülhməramlılara baş çəkə bilmir? O, rusların agentidir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri erməni bloger Roman Bağdasaryan deyib.
Bloqer videomüraciətində erməni oliqarx Ruben Vardanyanı sərt tənqid edib:
“Vardanyan sülhməramlılardan iki kisə duz istəyə bilməz? Utanmırsan, bütün dünyaya Qarabağda duzun olmadığını deyirsən? Bəs sizin sülhməramlınız nə üçündür? Sülhməramlın sənə duz vermirsə, niyə Paşinyanı söyürsən? Yəni rus əsgəri Qarabağ ermənilərinə o qədər nifrət edir ki, sizə duz belə vermir?
Arayik Aratyunyan niyə intihar etmirsən? Niyə özünü Qarabağda güllələmirsən? Sən gedib Lentsovdan bizim üçün iki kisə duz istəyə bilməzsən? Paşinyanın bu söhbətə nə adiyyatı var?
O zaman rus əsgərlərinin oranı tərk etməsini tələb edin. Əgər ruslar sizə duz da vermirlərsə, o zaman Qarabağdan çıxsınlar. Qarabağ camaatına başa sal ki, ruslar bizə duz belə vermirlər”.
Bizim.Media