"Maariflənmiş Ermənistan" partiyasının lideri Edmon Marukyan müharibədən sonra ordunun müqaviləli əsgərlərlə “doldurulmasına” ehtiyac olduğunu düşünür.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat “armeniasputnik.am” saytında yer alıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda hərbi vəziyyət ləğv edilməyib – Yenə müharibə olacaq?
O, xüsusilə Qafan və Gorus sakinləri üçün müqavilə xidmətini 45 yaşdan 63-dək qaldırmağı təklif edib:
“Yüksək rütbəli zabitlər üçün (general-polkovnik və ordu generalı) bu müddət 68 yaşadək olmalıdır”.
Müdafiə nazirinin müavini Arman Sarkisyan deputatın təklifi ilə razılaşmayıb:
“Hamı üçün xidməti həddinin 63 yaş təyin edilməsi məsləhət deyil".
Onun sözlərinə görə, fərqli vəzifələr kateqoriyası üçün ayrıca bir yaş həddi təyin edilməlidir:
“Yaxın gələcəkdə Müdafiə Nazirliyi müvafiq dəyişikliklər etməyi planlaşdırır”.
Müdafiə Nazirliyi təmsilçilərinin etirazlarına baxmayaraq, Paşinyanın "Mənim addımım" blokundan olan komissiya üzvləri həmkarını dəstəkləyiblər və müsbət rəy veriblər.
Bizim.Media