Paşinyanın YARDIM YALVARIŞLARI – Qorxu, etiraf yoxsa SƏRSƏMLƏMƏ?

Paşinyanın YARDIM YALVARIŞLARI – Qorxu, etiraf yoxsa SƏRSƏMLƏMƏ?

Hazırda oxunan: Paşinyanın YARDIM YALVARIŞLARI – Qorxu, etiraf yoxsa SƏRSƏMLƏMƏ?

147914

Xəbər verdiyimiz kimi Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın “Le Monde” qəzetinə müsahibə verib. Həmin müsahibəsində Paşinyan adəti üzrə sərsəmləmələrini davam etdirib, məsuliyyətsiz və qeyri-obyektiv  fikirlər səsləndirib. 

Təsadüfi deyil ki, erməni baş nazirin sərsəmləmələrinə cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanat yayıb. Bəyanatda Paşinyanın səsləndirdiyi fikirlər ətraflı və faktlarla ifşa edilib. Ona görə də Paşinyanın məlum müsahibəsində səsləndirdiyi ümumi fikirlər yox, konkret bir məsələ barədə danışmaq istəyirik. 

Ermənistanın baş naziri Nikol Paşinyan “Le Monde” qəzetinə müsahibəsində israrala qeyd edir ki,  sülh sazişinin konturları formalaşsa da, onun reallığa çevrilməsinə hələ də ciddi maneələr var:

“Bu maneələri aradan qaldırmaq yalnız Cənubi Qafqazda sülhə həqiqətən inanan “tərəfdaşların” güclü dəstəyi ilə mümkün olacaq”.

Paşinyan bu fikirləri ilə bir daha sübut edir ki, ermənilər üçün əsas məsələ Azərbaycanla Ermənistan arasında əldə ediləcək davamlı sülh yox, böyük dövlətlərin bölgədəki maraqlarıdır. Bu fikirləri söyləməklə Paşinyan əsl eməni xislətini ortaya qoyur. Guya ki, böyük dövlətlər olmasa bu iki dövlət arasında davamlı sülh ola bilməz.

 Amma bu cür sərsəm fikirlərlə Paşinyan iki çirkin niyyətini ortaya qoyur:

1. Paşinyan sülh danışıqlarını pozmaq niyyətindədir. Bunun üçün də istər Vaşinqtonda, istər Brüsseldə, istərsə də Moskvada aparılan danışıqlar formatından imtina etmək istəyir. Və bir zamanların bədnam ATƏT-in Minsk qrupu kimi bir formatın olmasını istəyir.

Erməni baş nazirin bu istəyi isə ona görədir ki, Minsk qrupu 30 ilə yaxın müddətdə heç bir səmərəli iş görməyib. Sadəcə mövcud status-kvonu qoruyub saxlayıb. Təbii ki, bununla da ABŞ, Fransa və Rusiya Ermənistanın maraqlarını müdafiə edib, işğalçılıq siyasətinə haqq qazandırıb. 
2. Rəsmi İrəvan ABŞ, Fransa və Rusiyanı Azərbaycanın bütün etirazlarına rəğmən danışıqlar prosesinə dürtmək istəyir. Bununla da Paşinyan həm öz ağalarına sadiqliyini sübut etmək istəyir, həm də bu dövlətlərdən daha çox dividend qoparmaq istəyir.

Baxmayaraq ki, Paşinyanın hər iki istəyi sülh danışıqlarının pozulmasına, ən pis halda isə uzanmasına hesablanıb.

Lakin, bütün hallarda Paşinyanın bu sərsəm fikirləri ilk növbədə Ermənistanın milli və dövlət maraqlarına zərbədir. Çünki, Ermənistanın gələcəyi və inkişafı Azərbaycan və Türkiyə ilə dinc qonşuluqdan keçir. 

Sülh danışıqlarının pozulması və yaxud uzanması ona görə də bütün hallarda Ermənistanın maraqlarına zərbə vurur. Bu da onu sübut edir ki, Paşinyan milli yox, korporativ maraqlardan çıxış edir.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO