İrandan ölkəmizə qarşı NÖVBƏTİ TƏHDİD – Xameneinin müşavirinin ZƏNGƏZUR QORXUSU

İrandan ölkəmizə qarşı NÖVBƏTİ TƏHDİD – Xameneinin müşavirinin ZƏNGƏZUR QORXUSU

Hazırda oxunan: İrandan ölkəmizə qarşı NÖVBƏTİ TƏHDİD – Xameneinin müşavirinin ZƏNGƏZUR QORXUSU

147905

Tasnim News xəbərinə görə, İranın ali rəhbəri Əli Xameneyinin ali müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi ilə bağlı yazdığı məqalədə ölkəmizlə bağlı təhdid dolu fikirlərlə yadda qalıb.

Ermənistanın İran üçün xüsusi və strateji əhəmiyyətə malik olduğunu yazan Vilayəti Zəngəzur dəhlizinin açılması ilə Ermənistanın ikiyə bölünməsi, İranla Ermənistan arasında olan sərhədin bağlanmasının planlaşdırıldığını iddia edib: 

“Dəhliz açıldıqdan sonra biz 15 ölkə ilə deyil, 14 ölkə ilə qonşu olacağıq və İranın Şimali Qafqaz, Rusiya və Avropa qitəsi ilə sərbəst əlaqəsi zərər görəcək”. 

Onun sözlərinə görə, bölgədə istənilən növ sərhəd dəyişikliyi uzunmüddətli gərginliyə səbəb olacaq və sərhədlərdə xarici ölkələrin olması ciddi narahatlıq doğuracaq.

Bu açıqlama br daha göstərir ki, İran hələ də Azərbaycana münasibətdə özünün çirkin niyyətlərindən əl çəkməyib. 

Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizilə bağlı dediklərini səriştəsiz, prosesləri elmi deyil, siyasi formada yozan insanın mühakiməsi kimi dəyərləndirib: 
 

MÖVZU İLƏ BAĞLI:

İran mətbuatı Azərbaycana qarşı təxribatlardan niyə əl çəkmir?


“Dövlət öz ərazisində, sərhədboyunda dəmir yolu və yaxud şose yolu çəkməməlidir? Bu dəhliz başqa bir dövlətlə əlaqələrə məgər pozucu təsir göstərir? Tamamilə yalan uydurmalardır. Onlar müasir elmin, arxitekturanın, yol tikintisinin necə olduğu barədə adi təsəvvürlərə belə malik deyillər.

Müasir dövrdə üçmərtəbəli, dördmərtəbəli dəmir yolu və şose yolu qovşaqları var. Onları qanmayan mollalar belə səfeh, əcaib fikirlər irəli sürürlər. Boş və əsaslandırılmamış və Azərbaycana qarşı yönəlmiş sözlərdir.
İran rəsmiləri bu sarsaq açıqlamaları ilə türk dünyasının böyük layihələrindən olan Zəngəzur dəhlizinin qarşısını almağı düşünürlər. Amma nə qədər çabasalar da buna nail olmayacaqlar. 

SSRİ ilə 1934-cü ildə bağladıqları müqaviləyə görə, İran Xəzər dənizinə qayıq belə endirə bilməzdi. Yalnız isti aylarda Xəzər sahillərindən çimərlik kimi istifadə edə bilərdilər.

İndi isə illərdir mövcud olan dəmir yolu və şose xətlərinə siyasi don geyindirərək, onun guya İranın Ermənistanla əlaqələrinə maneəçilik törədəcəyini bəyan edirlər. Özləri anormal, cahil insanlardır, başqalarına da bunları aşılamağa çalışırlar”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO