Ermənistanda hərbi vəziyyət ləğv edilməyib – Yenə müharibə olacaq?

Ermənistanda hərbi vəziyyət ləğv edilməyib – Yenə müharibə olacaq?

Hazırda oxunan: Ermənistanda hərbi vəziyyət ləğv edilməyib – Yenə müharibə olacaq?

14776

Parlamentdə müxalif “Çiçəklənən Ermənistan” fraksiyası hərbi vəziyyət rejiminin qaldırılmasını təklif edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat “armeniasputnik.am” saytında yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər leş axtarışına sabah çıxacaq – Bu gün hava pisdir


Mənbə yazır ki, qanun layihəsini Müdafiə və Təhlükəsizlik Məsələləri Komissiyasının iclası zamanı deputat Arman Abovyan təqdim edib.

"Hərbi vəziyyət ölkədəki situasiyaya uyğun gəlmir və bütün siyasi proseslər üçün böyük bir maneədir". Abovyan belə deyib.

O, hərbi vəziyyətin qorunmasının yalnız siyasi məqsədlər daşıdığını qeyd edib: “Xüsusilə bu, baş nazirin istefasına hüquqi baxımdan bir maneə yaradır”.

Xatırladaq ki, hərbi vəziyyət 27 sentyabr 2020-ci ildə tətbiq edilib.

Yeri gəlmişkən, fevralın 26-da parlament şurası müxalifət deputatlarının bu məsələ ilə bağlı parlamentin növbədənkənar iclasının keçirilməsi təklifini müzakirə etməli idi, lakin iclas baş tutmayıb, çünki spiker Ararat Mirzoyan və “Mənim addımım” fraksiyasının üzləri iclasa gəlməyib.

Ehtimala görə, Ermənistanda hərbi vəziyyətin ləğv edilməməsi daha çox ölkəmizə qarşı revanşist açıqlamalarla bağlıdır.

Rəsmi İrəvanın istər iqtidar, istərsə də müxalifət nümayəndələrinin fikrincə, müharibə hər an başlaya bilər və bu haqda son vaxtlar açıq-aydın informasiyalar tirajlayırlar.

Təbii ki, Azərbaycan ermənilərin “belə planlarından” xəbərsiz deyil və bu baxımdan ordumuz Qarabağ zəfərindən sonra ölkə ərazisində ilk hərbi təlimlərə başlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO