Brüsseldə Laçın yolu ilə bağlı heç bir nəticə əldə edilməyib - Paşinyan

Brüsseldə Laçın yolu ilə bağlı heç bir nəticə əldə edilməyib - Paşinyan

Hazırda oxunan: Brüsseldə Laçın yolu ilə bağlı heç bir nəticə əldə edilməyib - Paşinyan

147136

Brüsseldə keçirilən İlham Əliyev-Paşinyan-Mişel görüşündə Laçın yolu ilə bağlı nəticə əldə olunmayıb.

Bizim.Media xəbər verir ki, bunu cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Qeyd edək ki, rəsmi İrəvanın iddiasına görə, guya Laçın yolu bağlıdır. Əslində isə Qarabağda yaşayan etnik ermənilər "Laçın" sərhəd-buraxılış məntəqəsindən heç bir mane olmadan Ermənistana gedirlər.

Bununla bağlı internet resurslarında saysız-hesabsız görüntülər yer alıb. Bu baxımdan Avropa İttifaqı Ermənistanın qaldırdığı hay-küyü qulaq ardına vurur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO