Ermənistan parlamentinin sədri Alen Simonyan Fransa Senatının sədri Jerar Larşe ilə görüşdə ölkəsinə tez bir zamanda silah tədarük edilməsini xahiş edib.
Qeyd edək ki, son zamanlar Ermənistan Hindistanla yanaşı, Fransadan silah alışına xüsusi önəm verməyə başlayıb.
Bir neçə ay bundan əvvəl yayılan məlumatda deyilirdi ki, rəsmi Paris Ermənistan üçün silah ixracı sisteminin qurulmasına hazırlıq üçün əməli tədbirlər həyata keçirməyə başlayıb. Fransanın Ermənistandakı səfirliyində hərbi missiya yaradılıb.
Aprelin əvvəlində Mari-Aqnes Pikar-Çesselin başçılıq etdiyi Silahlar üzrə Baş Direktorluğun nümayəndə heyəti İrəvana səfər edib. Həmçinin, ikitərəfli silahlanma komitəsi də işini bərpa edib. Onlara Fransa silahlarının Ermənistana tədarükü üçün “strateji planlaşdırma”nı təmin etmək tapşırılıb.
Bəzi Fransa nəşrlərinin məlumatına görə, Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan ölkəsində Fransa hərbi sənayesinin əsas “kommersiya agenti” kimi çıxış edib. Xüsusilə, keçmiş prezident “Thales”, “Areva”, “Alstom” şirkətlərinin maraqlarını təmsil edirdi.
İndi İrəvan Parisdən tez bir zamanda silah tədarük edilməsini istəyir. Ermənistanın Fransadan tez-bazar silah tədarük etməkdə məqsədi nədir?
Bizim.Media-ya açıqlamasında politoloq Əlimusa İbrahimov bildirir ki, Simonyanın bu açıqlaması Ermənistanın silah-sursat sahəsində ciddi çətinliklərlə üz-üzə qaldığının göstəricisidir:
“Ermənistan bütün ümid gəldiyi ölkələrdən silah tədarük etmək məqsədini ortaya qoyub. İrəvan bu istiqamətdə Hindistan və Fransa ilə müəyyən danışıqlar aparır. Bəziləri düşünür ki, Ermənistanın Fransadan tələm-tələsik silah almaq istəyi yaxın gələcəkdə hər hansı bir müharibəyə hazırlıq məqsədi daşıyır.
Bu ola bilər, amma heç də tam olaraq belə deyil. Rusiyanın ağır günə düşməsi və İrəvana silah yardımını dayandırması da Ermənistanı çətin duruma salıb. Nəticədə erməni ordusu ciddi çatışmamazlıqlarla üzləşib.
Düşünürəm ki, Rusiyanın verə bilmədiyi və Hindistandan ala bilmədiyi silahları İrəvan Fransadan almaq istəyir. Alen Simonyan da məhz Ermənistan ordusunu komplektləşdirmək, onun ağır vəziyyətini müəyyən qədər düzəltmək üçün Fransadan tələm-tələsik silah almağa çalışır.
Bildiyimiz kimi, erməni ordusu silah-sursat baxımından ağır vəziyyətdədir. 44 günlük müharibə dövründə onun silah arsenalının mühüm hissəsi məhv edilib.
Bununla Ermənistan guya həm də yaxın qonşularına göstərmək istəyir ki, öz ordusunu gücləndirmək yolunu tutub. İrəvanın silah tədarükünün tezləşdirilməsini istəməsi fonunda belə düşünmürəm ki, Ermənistan yaxın gələcəkdə Azərbaycanla müharibə aparmaq fikrinə düşsün.
Bütün hallarda Ermənistan ordusu Azərbaycan Ordusundan qat-qat zəifdir. Bunu İrəvanda da yaxşı bilirlər.
Azərbaycan da yerində saymır. Həm daxili istehsal, həm də xaricdən əldə etdiyi silahlar hesabına öz ordusunu durmadan gücləndirir. Simonyanın bu açıqlaması Ermənistanın bu sahədə ciddi çətinliklərlə üz-üzə qaldığının göstəricisidir. Ona görə də tələm-tələsik Fransadan yararlanmağa çalışır”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Region
09:40 / 19.07.2023
İrəvanın Fransadan SİLAH TƏLƏBİ – Ermənistan növbəti TƏXRİBAT HAZIRLIĞINDA
Hazırda oxunan: İrəvanın Fransadan SİLAH TƏLƏBİ – Ermənistan növbəti TƏXRİBAT HAZIRLIĞINDA
Hazırda oxunan: İrəvanın Fransadan SİLAH TƏLƏBİ – Ermənistan növbəti TƏXRİBAT HAZIRLIĞINDA
146834
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.